Cəzbedici gülüşün sirrləri

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 7 106
Səs ver:
(səs: 4)

 


Dişlərə təbii qulluq metodları
Cəzbedici təbəssümə sahib olmağı hamı istəyər. Bunun üçün dişlərə düzgün qulluq edilməlidir ki, ürəkdən gülmək arzunuzu içinizdə boğmayasınız.
Dişlərin sağlamlığı üçün kalsium ən önəmli elementlərdən biridir. Kalsiumla zəngin olan süd və süd məhsulları, meyvə-tərəvəz dişləri çürüməkdən qoruyur. Alma, kök, turp, xiyar yemək diş ərpinin yaranmasının qarşısını alır.
C vitamini dişəti üçün çox xeyirlidir. Gündə 1 qram vitamin C dişəti xəstəliyi yaradan xüsusi bakteriyaları məhv edir. Üzümdən istifadə də dişlər üçün xeyirlidir. Mütəxəssislər üzümdə fitokimyəvi yetişdirici komponentlər aşkar ediblər ki, bu da ağız boşluğunda kariyes və dişəti xəstəliyi yaradan bakteriyaların yox olmasına imkan verir. Qara şokolad dişlər üçün çox xeyirlidir. Çünki onun tərkibində olan yağlar şəkərin təsirindən dişlərin dağılmasının qarşısını alır. 
Dişləri həkimə getmədən, ev şəraitində də təmizləmək olar. Bu proses uzunmüddətli qulluq tələb edir.
Dişləri təbii yolla ağartmalı
Soda
Dişlərinizi ağartmaq üçün 1 çay qaşığı sodanı bir az duzla qarışdırıb, içinə bir neçə damcı sirkə əlavə edin. Diş fırçanızın üzərinə sürtərək, dişinizi fırçalayın.
Zeytun
Zeytunu duzlu suya qoyun, bir müddət saxlayın, sonra bu su ilə qarqara edin. Bu vasitə dişətinizi bərkidəcək və dişəti qanamasını aradan qaldıracaq.
Limon suyu
Dişlərinizi ağartmaq üçün heç vaxt limon suyundan istifadə etməyin. Bu, dişlərinizə faydadan çox, zərər verəcək.
Tərəvəz
Kök, alma, turp və xiyar kimi tərəvəzlər təbii diş təmizləyiciləridir.
Süfrə duzu
Soda qədər güclü olmasa da, süfrə duzu diş ağardıcıları arasından seçilir. O, ağızdakı mikroorqanizmləri öldürür. Ancaq antibakterial xüsusiyyətləri olmasına baxmayaraq, bakteriyaları öldürmür. Tez-tez istifadə etdikdə dişəti iltihabındakı şişləri azaldır.

 

Redaktə etdi:PURE LOVE

(səs: 4)
Şərhlər: 0
Baxılıb: 7 106
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri