Yumurtalıqda Kisda

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 25 971
Səs ver:
(səs: 1)

Evvelce onu qeyd edim ki kisdalar muxtelif olurlar:

Yumurtalıq kistlıri kiçik içi maye dolu strukturlardır. Ölçüləri bir neçə santimetrdən 30-40 santimetrə qədər ola bilən çox dəyişkəndir.

Çanaqda ağrı,cinsi əlaqə əsnasında ağrı,aybaşı zamanlarında ağrı və eyni zamanda şiddətli qarın ağrısı, baş gicəllənməsi, ürəkbulanma, qusma kimi şikayətlərə də səbəb ola bilərlər.

Yumurtalıq kistlərinin müxtəlif tipləri vardır:

Follikul kisti: Bu kistleri inkişaf etmiş follikulda yumurtlama (ovulasyon) olmaması nəticəsində inkişaf edir. Ümumiyyətlə 3-5 santimetr ölçülərində olur. Çox qadında heç bir şikayətə səbəb olmadan bir neçə ay içərisində özbaşına itir. Bəzi qadınlarda çanaq ağrısına səbəb ola bilir. Bu kistlər partlayarlarsa çanaqda iti bir ağrı hiss edilməsinə səbəb olar. Bu ağrı aybaşı dövrünün ortalarında hiss edilər.

Bu kistlərin ölçüləri müxtəlif olub və özbaşına itmələri gözlənilər, əgər gedərək ölçüləri artar və itməzsə müalicə edilməlidir.

Korpus luteum kisti: Normalda hər qadında ovulasyon yəni yumurtlama reallaşdıqdan sonra yumurtalıqda korpus luteum deyilən quruluş meydana gələr. Bu korpus luteum daha sonra əgər hamiləlik meydana gəlməmişsə özbaşına itər. Nadir olaraq bu itmə reallaşmaz və korpus luteum içərisi maye və qan ilə dolu bir kist halına gəlir. Ümumiyyətlə 4-5 santimetr ölçülərində çox şikayətə səbəb olmayan kistlərdir. Özbaşına bir neçə ayda itə bilərlər.

Hemoragik kist: Bir kistin içərisinə qanama olmasıyla meydana əmələ gələn kistlərə deyilir. Tez tez rast gəlinir. Çox böyük ehtimalla özbaşına bir neçə ay içərisində itib gedir

Dermoid kist: Ümumiyyətlə gənc qadınlarda görülən 5-10 santimetr arası ölçüləri olan kistlərdir. Bu kistlerin içərisində sümük, diş, saç, yağ toxuması tapıla bilər. Öz ətrafında dönərək ağrılı vəziyyətə səbəb ola bilir

Endometrium kisti: Bu kistlər uşaqlığın ən iç təbəqəsinin yəni endometrium təbəqəsinin yumurtalıqlar üzərində olması və kistləşməsi nəticəsində meydana gəlir.

Diaqnoz:

Diaqnoz müayinə və ultrasəs ilə rahatlıqla qoyula bilər. Bəzi növ kistlerde qanda CA-125 və başqa şiş amilləri yüksək ola bilər. Bəzi kistlərdə nadir olaraq KT, MRT kimi üsullara ehtiyac ola bilər.

Müalicə:

Follikul və korpus luteum kistləri kimi funksional kistlər ən çox rast gələn kistlərdir və bunlar ümumiyyətlə özbaşına itir, nadir olaraq müalicə tələb edir. Özbaşına itmir və ya gedərək böyüyürlərsə laparoskopik ya da açıq əməliyyatla müalicə tələb edə bilər.

Diametri 5 smdən kiçik kistlər ümumiyyətlə bir neçə ay içində özlüyündən itər.

Diametri 5 smdən kiçik olanlar ümumiyyətlə xoşxassəli kistlərdir. Əgər ağrı yoxsa bu kistlər bir müddət izlənilə bilər. Diametri 5 smdən böyük, digər orqanlara yapışıq, septaları olan və solid (bərk/qatı) quruluşdakı şişlərin isə heç bir tapıntı verməsə də cərrahi olaraq çıxarılmasına ehtiyac ola bilər. Diametri 8 ya da 10 smdən böyük kistlərə isə ümumiyyətlə əməliyyat təklif edilir.

Yumurtalıq kistləri hamiləliyə mane olarmı?

Yumurtalıq kistləri əksəriyyətlə hamiləliyə mane olmaz. Kistler itdikdən sonra hətta kist varkən də hamilə qalmaq münkündür. Ancaq daha az görülən endometrium kisti hamiləliyə maneə ola biləcək bəzi yapışıqlıq kimi problemlər yarada bilər. Bu vəziyyətlərdə hamiləlik üçün müalicə və ya əməliyyat sonrası müalicəyə ehtiyac olar.

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 25 971
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri