Disbakteriozla mübarizə aparaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 5 297
Səs ver:
(səs: 0)

 

 Müasir qastroenterologiya disbakteriozu – diaqnoz kimi deyil, bağırsağın funksional pozulması kimi qəbul edir.

 

 

İnsan bağırsağında "yaxşı” (bifidobakteriya və laktobakteriya) mikroblardan qoruyan, mikroorqanizmlər var.

 

"Pis” (şərti-patoqen) streptokok, stafilokok, klostridiya kimi mokroorqanizmlər mövcuddur. Orqanizm zəifləyən kimi "pis” bakteriyalar öz fəaliyyətinə başlayır.

 

Uşaqların mikroflorası doğuş zamanı formalaşmağa başlayır. Buna görə ananın sağlam olması çox önəmlidir, çünki onun ağız boşluğunun, ciyərinin, mədəsinin sağlamlığından körpəsinin bakterial mikroflorasının formalaşması asılıdır.

 

Daha sonra uşaq ana südü ilə qidalanır. Ana südündə bifidobakteriyalar var ki, bu da uşağın immun sisteminin möhkəmlənməsinə kömək edir. Bakteriyalar həmçinin dəri vasitəsilə ötürülür. Buna görə yenidoğulmuş körpənin doğuşdan sonra ananın yanında qalması olduqca vacibdir. Başqa insanlarla kontakt onun immun sistemini sarsıda bilər.

 

Doğum evindən çıxdıqdan sonra körpənin sağlamlığı anadan asılıdır. Bildiyiniz kimi, ana südünün tərkibində immunoqlobulin A mövcudddur və ana südü ilə qidalanan körpənin immun sistemi daha güclü olur.

 

Sağlam pəhrizi qorumaq daha böyük uşaqlara da vacibdir. Uşağın qidası vitaminlərlə zəngin və faydalı olmalıdır. Düzgün qida  güclü immunitetin təməli olmaqla yanaşı , həm də disbakteriozun qarşısını alacaqdır.

 
FAYDALI QİDA
  • Nəcisin mikrobioloji analizi nəticəsində həkim disbakteriozun səbəbini müəyyən edəcək, uşaq üçün pəhriz və qəbul edəcəyi dərman preparatlarını təyin edəcəkdir.
  • Əgər disbakteioz köpdən yaranıbsa uşağın qidasında şəkər, bal, mürəbbə, süddən istifadə etməyin. Bütün yeməkləri qaynadılmış vəziyyətdə verməyiniz məsləhətdir.
  • Həzm prosesi pozulduğu halda ət və yağdan imtina edərək, tərəvəz qidalarına üstünlk verin.
  • Göbələk nəticəsində yaranan disbakterioz zamanı tərkibində maya olan qiddalardan imtina etmək lazımdır: təzə çörək, bişintilər, pendir, üzüm və s.
  • Qatığı profilaktik olaraq disbakterioza qarşı istifadə edin. Uşaqlara 8 ayından tez məsləhət görülmür.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5 297
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri