Qan qrupu və nigah

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 8 149
Səs ver:
(səs: 2)

Qan qrupu və nikah

 

İnsan münasibətlərində qaçılmaz bir hal olan ailə məsələsinə baxanda təbiətcə skeptik olan deyərdi ki, sevginin gözü kordu. Optimist onun sözünü ağzında qoyub «Amma gör necə də gözəldi!» deyərdi. Pessimist isə boynunu büküb nəticə çıxarardı: «Hər bir halda nikah və məişət onun işinə baxacaq». Əgər sevgi uğurlu nikaha aparan yol deyilsə, deməli, başqa yollar da var. Alimlər belə şeyləri ortaya çıxarmağı sevir. Müxtəlif qan qruplarını və onların nikaha münasibətini dərindən öyrənəndən sonra məlum olub ki, qruplar biri o birindən çox fərqlənir.


Ərin disturu...


Bu adam haqqında ola bilər ki, hər şeyi bilirsiz: stomatoloqdan qorxur, yazda soyuqlamadan az qala «ölür», qaynanasının gəlişini kiçik təbii fəlakət kimi qarşılayır və hesab edir ki, bu fəlakəti hardasa, məsələn, məzuniyyətdə gözləyə bilər. Onun qan qrupunu tapa bildiz? Bizim yazdıqlarımızla yoxlayın, bəlkə, hələ bilmədikləriniz var?


O (I) qan qruplu kişi


Bu qan qrupundan olan kişi məhz bu qadına evlənəcəyini qararlaşdırıbsa, həmən fikrini tərəddüdsüz üzünə deyəcək. O, coşğunluqla yalan deyə, təkidlə sevgi obyektini izləyə də bilər. Məqsədi yolunda hər şeyə əl atdığından, adətən, arzuladığını əldə edir. Belə də olur ki, həmin kişiyə rədd cavabı verməyə hazırlaşan qadın bir də ayılır ki, artıq bir neçə aydır evlidirlər. Qadınlarçün kiçik hiyləgərlik: əgər birinci qan qruplu kişi sizə evlənmək təklifi veribsə, «həri» deməkçün vaxti xüsusi olaraq seçməlisiz. Sehrli kəlməni çox tez eşitsə, o, sizi daha az qiymətləndirəcək. Amma işi çox uzatsaz, inciyib gedə bilər. Özünüz baxın da...
Evlənən kimi bu kişilər nüfuzlu ailə başçısı kimi təsir bağışlamağa çalışır. Əgər o, birincilik statusunu saxlaya bilməsə, nəticəsi çox acınacaqlı ola bilər: sərxoşluq, avantüralar, azart oyunlar, hətta narkotik. Ona görə də müdriklik göstərib onun liderliyini xüsusi qeyd edin. Bir azdan yanınızdakı avantürist sakit quzu balasına dönəcək. Belə kişi ailə üçün yaşayır. Uşaqlarından heç nəyi əsirgəməz.
Birinci qan qruplu kişiyə ərə gedən qadın maddi prodlemləri unuda bilər. Təbiətcə əsgər olan belə kişi əlinə keçəni evə daşıyacaq. Amma onun professional karyerası ailə şəraitindən birbaşa asılıdır. Onların ayağı sürüşəndə də ailəsiylə risk eləmir. Boşanma qığılcımı evdə parlayan kimi qıraq maraqlarından həmən əl çəkəcək.

blood group,qan qrupu,first blood group


A (II) qan qruplu kişilər


Onlar ailə məsələsində çox cəsarətsiz olduqları üçün evlənmə təklifinə sadə, aydın dildə və o saat cavab vermək lazımdı. Cavab aydın olmasa, kavaler yoxa çıxa bilər və toy sözünü bir də dilinə gətirməz. İkinci qan qruplu iki növ kişilər var. Birinci tip ictimai insan və iş sevən adamdı, amma evə gələn kimi televizor qabağında divana çöküb səssiz heykələ dönür. Bu heykəl bir də işə getmək lazım gələndə canlanır. O biri tip isə əksinə, işdə ləngdir, özünü əldə saxlamağa çalışır. Evə gələn kimi tirana çevrilən insanın qarşısında Napoleon özü məsum uşağa çevrilir. Amma hər iki tip evlənəndən sonra «çiçək açdığından» qabaqcadan tədbir tökmək mümkün deyil. İkinci qrupun kişilərinə arxayın olmaq olar. Onlar sosial şərtlərdən və mənəviyyat kriterilərindən çox asılı olduğundan yaxşı ata və ər olurlar. Onlar ayaqlarını qırağa qoyublarsa, deməli, ya böyük stress, ya da əlçatmaz planlarla üzbəüzdürlər. Amma onlar xəyanət sahəsində ən hiyləgər, ən orijinal planların müəllifi olurlar. Arvadının ürəyini sındırmamaqçün bu əlaqəni bacardığı qədər məharətlə gizlətməyi bacarırlar.

qan qruplar305;,qan qrupu


B (III) qan qruplu kişilər


Ən ağlasığmaş evlənmə təklifini onlardan gözləmək lazımdı. Tamam başqa söhbətin ortasında heç uyğun olmayan intonasiya ilə təklif eşidə bilərsiz. Sualın cavabını eşitdiyiniz tərzdə, lap pulla fala baxaraq da verə bilərsiz. Evlənmək fikriniz olsa bilin ki, bu hələ harasıdı?! Bu qrup azad olmağı sevən qadınlarçün ideal insandır. O ailədə liderin kim olmasıyla heç vaxt maraqlanmayacaq. Uşaqlarla oynamağı sevsə də heç vaxt dərsləriylə məşğul olmaz. Kiçik məişət problemini həll edə bilsə də qlobal məsələlərə burnunu soxmağa onu heç kim məcbur edə bilməz. Onların karyerası da dostluq münasibətlərindən asılı olur. Çox vaxt sevgi və intimi bir-birindən ayırır, soruşsaz öz düşüncələrini sizinlə də bölüşə bilər. Amma qıraq əlaqələrini gizlətməyi heç bacarmır. Təcrübəli qadın tələ qurub onu «İnanıram ki, sən qadını qane eləməyi bacarırsan» sualıyla onu divanə pleyboya çevirə bilər.


AB (IV) qan qruplu kişilər


Bu kişilərdən konkret evlənmə təklifi alanacan qiyamət günü gələr. O özünü o yerə qoyacaq ki, guya heç nə vecinə deyil. Birbaşa təklif eləməməkçün min oyundan çıxacaq. O istəyir ki, evlənmə təklifini özü eşitsin. Onlar nigahın nə dərəcədə lazım olması barədə şübhələr içində yaşayırlar. Amma bu baryeri ötə bilsə yaxşı ər və arxalı ailə başçısı olurlar. Ondan sirr saxlamaq lazım deyil, o, arvadını hər bir şəraitdə anlayıb başa düşənlərdəndir. Belə kişiyə ərə gedən bir dünya problemlə izdivaca girdiyini də göz qabağına gətirməlidi. Kişi evdən qaçırsa bunun günahı dostları və hobbisindədi. Onların qıraqda intimlə maraqlanan çox az hissəsindən məhz donjuanlar, kozanovalar yaranır. Bu qan qrupunun ən yaxşı keyfiyyəti odur ki, onlar özləri darıxan deyil və yanındakıları da darıxmağa qoymurlar.


Arvad olmaq də bir peşədir


Heç kim mübahisə qurmaz ki, metallurq, yaxud mina tapan, raket quraşdıran olmaq çox asandı… Bəs kim deyir ki, evin xanımı, bir sözlə arvad olmaq asandır? Alimlər düşünür ki, qadınlar öz müsbət cəhətlərini qabartmağı və çatışmamazlıqlarını gizləməyi öyrənsələr həyatları daha rahat olar. Görək bunun qana nə qər dəxli var?


O (I) qan qruplu qadınlar


Sevdiyi kişinin yaxşı keyfiyyətləri – istedadı, karyerası, statusu ilə fəxr eləsə də bəzən sadə anlamlar – namus, sədaqət, incəlik kimi nigahçün çox vacib sayılan keyfiyyətləri nəzərə almırlar. Təbiətcə realist və qənaətcil olan bu qadınlarla evlənmə pulunu saymağı və xərcləməyi bacarmayan kişilərçün ideal variantdır. Bu qadınlar ailə həyatını və karyerasını uşaq yaşlarından planlaşdırır və istədiyinə çatırlar. Onların hissləri səmimi və sədaqətlidir. Əri tərəfindən sığallanmağı, ərköyünləşməyi sevən bu tipi incitsəniz cavabını çox gözləməli olmayacaqsız. Ailədə gözlənilməz bir şey baş verərsə o artıq bunu duyub və hazırlaşmağa da macal tapıb. Bəzən qənaətcillik simicliyə, planlaşma kobud hesablamaya keçib yaxınlarının arzu və istəklərini tapdaya da bilər. İşdə uğur qazanmaq bacarığını nəzərə alıb belə xanımların əri arvadının karyerasına sakit yanaşan kişilərdən olmalıdır.


A (II) qan qruplu qadınlar


Nigahın stabilliyi yolunda bu qadınlar intim münasibəti və hətta maraq dairəsini də qurban verə bilər. Səhvini evlilikdən sonra anlayanda belə nəticəyə gəlir ki, onu əriylə yalnız borc birləşdirir. Boşanma ərizəsini ən çox bu tip qadınlar yazır. Özünə çox şey icazə verdiyindən, bədxərclik elədiyindən və çəhrayı eynəklərini çıxarmadığından həyat onu daim cəzalandırır. Bir-birini yaxşı tanıyanacan, yaxud ilk uşaq doğulanacan onlar ərinin başına dolanırlar. Uşaqdan sonra tamam başqa dünyaya düşmüş qadının həyatında ər diqqətdən qıraqda qalır. Ev işlərindən qaçmaq imkanını da əldən buraxanlardan deyil. Bu qadınların əbədi sevgisini qazanmaqçün ailə qayğılarını öz çiyinlərinə götürməli olacaqsız. Axı onun sağlamlığı mənəvi durumuyla birbaşa əlaqədardır.


B (III) qan qruplu qadınlar


Cazibədar kişiləri gözdən buraxmayan, dilli-dilavər qadınlar kompliment sevdiyindən öz zəifliklərinin qurbanı olurlar. Bu qan qruplu qadınlar ən yaxşı həyat yoldaşları sayılır. Onlar həmişə enerjilidirlər, öz maraqlarını, hətta karyerasında nailiyyətləri də ailənin maddi güclənməsinə yönəldirlər. Onlar gözəl evdar xanım, ərinin tərəf müqabili və uşaqlarının dostu ola bilirlər. Adətən, ərinin kənar əlaqələrinə göz yummağı da bacarırlar. Hərdən bir kənar kişilərlə yüngül flirti özünə icazə verə bilər. Gecə yarısınadək ərinin hüzurunda dayana bilən bu qadınlar intellektual söhbətləri də çox sevirlər. Amma tez-tez əhval-ruhiyyədə dəyişikliklərə məruz qalırlar. Əsəb tutmaları gələndə o, işdəki hesabatını, evində qonaq olan qaynanasını, evini su basmasını, eləcə də işsiz ərini heç vecinə almaz.


AB (IV) qan qruplu qadınlar


Qətiyyətsizlik onların zəif yeridi. Bütün qan qruplu kişilərlə çox asan dil tapan bu qadınlar, adətən, xülyaların kişisinə rast gələndə onu görmür. Çünki ətrafında çoxlu adam olur və ideal kişi axtarışları onu məyus eləyir. Bu qadınlar ya hamıdan gec ərə gedir, ya da heç ailə qurmurlar. Bu qrupda dəfələrlə evlənmə təklifi almış amma yenə də bu addımı ata bilməyən qadınlar çoxdır. Nikahın ləzzətini yaşaya bilməyənlərin əli yanına düşmür, onlar özünə zəngin həyat qururlar. Müxtəlif maraqlarından, dostlarından savayı zəngin daxili aləmləri də olur. Ailə quranları isə evdə ərini və uşaqları valeh edəcək atmosfer yarada bilir. Həmişə kənar işlərlə başı qarışsa da ev-eşiiyi və uşaqları ideal vəziyyətdə olur. Dördüncü qrup qadınlar ən vəfalı və ünsiyyətdə ən rahat insanlardır. Ambisiyaların olmaması bu qadınların çatışmayan cəhəti sayılır.

qan qrupu,kreativ mayka


Nigahda uyğunluq


O (I) qruplu kişi və qadın – Ümumi maraqları və bir qədər də yaş fərqi olarsa bir-birini sözsüz də anlaya biləcəklər.
Kişi O (I)  və qadın A (II)  – Gözəl kombinasiyadır. Kişi ailəyçün çalışır, qadın ailəni dəstəkləyir. Amma kişidə tiranlıq baş qaldırsa arvadı onu atacaq.
Kişi O (I) və qadın B (III) – Qadın həyatda uğur qazanan kimi kişini qısqanclıq götürəcək və qadına marağını itirəcək. Belə olanda buna «ikilikdə tənha» deyirlər.
Kişi O (I) və qadın AB (IV) — Kişi onun arzularını reallaşdırmaqçün hər şeyi edəcək. Onlar bir-birini çox sevəcək, əgər natamamlıq kompleksi rahat buraxsa.
Kişi A (II) və qadın 0 (I) — İdeal nigahdır. Onlar bir-birini tamamlayır. Kişi güclü və nəvazişli, qadın cazibədar və aktiv.
A (II) qan qruplu kişi və qadın – Onların uşaq tərbiyəsi və ailə rifahı haqqında ümumi baxışları var. Münasibətlərin solmamasıyçün ümumi maraqların olması da lazımdır.
Kişi A (II) və qadın B (III) – Kişi qadının gözündən düşməyənədək və kişiyə inamını itirməyənədək gözəl izdivacdır. Kişi arvadının əl-ayağını bağlamaq istəsə bu ailə tezliklə dağıla bilər.
Kişi A (II) və qadın AB (IV) – Ciddi problemləri olmayan nigahdır. Hər ikisi öz sakitliyinin və ailənin sabitliyinin keşiyində durub. Amma ehtiras və mehribanlığın olmamasından hər ikisi bezə bilər.
Kişi B (III) və qadın O (I) – Ailədə qadına çox böyük yük düşür. Qadın ərini daim tərifləsə və əzizləsə bəlkə bir şey alınar. Olmasa kişi evdən qaçacaq.
Kişi B (III) və qadın A (II) – Kişinin yumşaq, yolagedən xasiyyəti olsa bu çox gözəl bir cütlük olacaq. Zirək kişi bu ailənin bünövrəsini laxlada bilər.
B (III) qan qruplu kişi və qadın – Əvvəl böyük problemlər olacaq, çünki hər biri o birisini öz ritminə uyğunlaşdırmağa çalışacaq. İntim həyatı kənara qoysaq sonra onlar hətta yaxşı dost da ola bilərlər.
Kişi B (III) və qadın AB (IV) – Onlar ər-arvaddan daha çoz yaxşı bacı-qardaş ola bilərdilər. Qarşılıqlı hörmət və anlaşma gözəl münasibətlər yarada bilər.
Kişi AB (IV) və qadın O (I) – Onlardan yaxşı biznes partnyoru alınardı. Sevgi öz yerini hörmətsizliyə və inamsızlığa versə arada güc tətbiq edən tapılacaq.
Kişi AB (IV) və qadın A (II) – Ehtiraslı qadın sentimental kişiylə yola gedərmi? Bu evdə harmoniyanın olmasıyçün qadın bütün bacarığını işlədəcək.
Kişi AB (IV) və qadın B (III) – Onlar stabil və xoşbəxt ailə qura bilər. Bir-birinə olan sevgidən başqa onları heç nə birləşdirmir.
AB (IV) qan qruplu kişi və qadın – Onların idealları və dəyərləri eynidir. İlk nəzərdən bir-birinə bu qədər yaxın olan insanlar yaxından tanıyandan sonra yana bilərlər.

(səs: 2)
Şərhlər: 1
Baxılıb: 8 149
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri