Ailə nədir, bilirsinizmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 478
Səs ver:
(səs: 2)
Ailə nədir, bilirsinizmi?
Günlər, içindən keçdiyin gül bağçası kimi gözəldir.
Dünyanın ətri də könlünü oxşayır, səsi də, dadı da, mənzərəsi də. Sevirsən, ürəyin ovcunda tutduğun quş ürəyi kimi çırpınır, o qədər həssas, o qədər kövrəksən ki... Bu sevgi ilə yenidən doğulmuş kimisən. Ömrünü onsuz təsəvvür edə bilmirsən. Dünya onunla gözəlləşdi gözündə. Və bir gün...

***

Qucağında iki körpəsi ilə sığınmağa yer axtarırdı. Ər evindən qovmuşdular, ata-anası da qapını üzünə açmadılar. Qoşulub qaçandan sonra barışmamışdılar. Doğrusu, ata-anası onun qaçacağını heç ağıllarına da gətirməzdilər, amma olmuşdu. Sevgi deyilən bir xülyaya uyub, el arasında deyildiyi kimi ata-anasını yerə vurmuşdu. Bu da nəticəsi. 3 il tamam olmamış qucağında iki körpə ilə bir axşamüstü sığınmağa yer axtarırdı.

***

Ailədə hər kəs yerini biləndə nə narazılıq olur, nə darısqallıq. Amma rahatlığımızı da itirmişik, mənzilimiz də başımıza dar gəlir. İnsan nəyin nə olduğunu anlamayanda heç bir işinin bərəkəti olmur. Elə bildi ki, sevib evlənib. Əgər soruşsan ki, sevgi nədir, heç əməlli-başlı cavab da verə bilməz. Bəlkə də hər şey bir qığılcımdan başlamışdı, heç özü də fərqinə vara bilmədi. Sonra da inada düşdü. İnad başlayan yerdə ağıl arxa plana keçir. Ölsə də, qalsa da, odur, vəssalam! Amma heç üç il keçməmiş hər şeyin paxırı çıxdı. Bəs harada qaldı o "ölsə də, qalsa da?”...

***

Desəm ki, dörd tərəfimizdə cahillik ayaq açıb yeriyir, çoxu etiraz edəcək. Amma cahillik nədir, heç bu haqda düşünmüsünüzmü? Cahilliyin kitab oxuyub-oxumamaqla heç bir əlaqəsi yoxdur. Adam var ki, min kitab oxuyub, amma cahilin böyüyüdür. Adam da var ki, bircə kitab oxuyub, amma cahil deyil. Haqqı batildən, xeyri şərdən, günahı savabdan ayıra bilən insan cahil deyil, heç kitab oxumamış olsa da.

***

Ovcunda balaca bir çiçək toxumu tutmusan. Rəngi qapqaradır. Onu torpağa basdırırsan, içindən yamyaşıl bir fidan göyərir. Böyüyür, böyüyür, qol-qanad açır. Sonra o qara toxumdan çıxan yaşıl bitkinin yarpaqları arasında qıpqırmızı bir çiçək açır. Amma başlanğıcda hər şey balaca, qapqara bir toxumun içində gizlənmiş şəkildə idi.

Yazımızı bədbin bir mənzərə ilə başladıq. Sevdiyini, sevildiyini düşünüb qoşulub qaçan və 3 il keçməmiş qucağındakı iki körpəsi ilə sığınmağa yer axtaran gənc bir ana. Sonra da cahilliyin başqa mənzərələrinə nəzər salmağa çalışdıq. Əslində həyatımızın hər məqamında cəhalətə rast gələ bilirsən: istər ailə-məişət münasibətlərimizdə, istər dünyaya baxışımızda.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 3 478
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri