Enterobioz.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 14 556
Səs ver:
(səs: 1)

 

Enterobioz (biz quyruq) – ağ rəngli kiçik ölçülü qurdlar olub, əsasən bağça yaşlı və aşağı sinif sagirdlərində daha çox rast gəlinir. Xəstəliyin mənbəyi enterobioza tutulmuş insanlardır. Xəstəliyin əsas əlaməti xəstənin perianal nahiyyənin qaşınmasıdır. Qurd yumurtaları xəstənin yatağında, alt paltarında, qab- qacağında və istifadə etdiyi digər məişət əşyalarında olur. Qurd yumurtaları orqanizmə düşdükdə yumurtalar qişanı itirərək ondan sürfələr çıxır. Sürfələr 10-12 günə yetgin qurda çevrilib yumurtalarını qoyurlar.

Hansı əlamərlər olur
Insan enterobioza yoluxduqda 2-3 gündən sonra xəstəliyə məxsus əlamətlər başlayır. Bu zaman xəstələrdə qarında ağrılar, qurultu, qəbizlik, ümumi halsızlıq, iştahsızlıq, əsəbilik, yuxu pozğunluğu kimi əlamətlər müşahidə edilir. Bəzi hallarda nəcisdə hətta qanda görünür.
Yetkin qurd bağırsağın aşağı hissəsinə endikdə perianal nahiyyədə qaşınma və anusda göynəmə əmələ gəlir. Xəstəlin anusunda daimi və əziyyətli qaşınma olur. Bəzən bu qaşınma cinsiyyət üzvülərinə və budlara qədər yayılır.
Uşaqlarda enterobioz olduqda tez-tez ağlayır, inadkar olur, axşamlar pis yatır, ağır hallarda isə huşun itməsi, bayılma, asma tutmalarına bənzər tutmalar, gecələr yerini islatması (enurez) kimi əlamətlər müşahidə edilir.
Ən çox rast gəlinən ağırlaşmaları perianal nahiyyənin çatı və ekzemanın olmasıdır. Bəzən biz qiyruq qurdu bağırsaq divarını deşərək qarın boşluğuna düşüb peritonit törədirlər.
Qızlarda bizquyruq qurdu uşaqlıq yoluna daxil olaraq iltihabi proses törədir.
Bizquyruğun soxulcanvari çıxıntıya düşüb appendisit törətməsi daha çox rast gəlinir.

Diaqnozu neçə qoyulur?
Çox vaxt xəstələrin nəcisində və alt paltarlarında xırda ağ rəngli qurdların aşkar edilməsi ilə diaqnozu ilkin olaraq qoyulur.
Ən effekli diaqnoz üsulu nəcisin parazitoloji müayinəsidir.
Müalicəsi necə aparılır?
Enterobiozun müalicəsində ən effektiv müalicə üsulu dərman preparatlarının tətbiqidir. Amma son illər dərman preparatları ilə yanaşı qurdları mexaniki yolla təmizləmək məqsədilə perianal nahiyyəyə polietilen yapışdırıcılardan da istifadə edilir

Necə qorunmaq lazımdır?
Sanitar-gigiyenik qaydalara riayət etmək lazımdır. Qurd aşkar edilmiş uşaqların paltarları xüsusilə alt paltarları hər gün dəyişilməli, paltarlar qaynadılmalı, işlətdiyi məişət əşyaları dezinfeksiya edilməlidir.

 

Vüqar Cavadzadə

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 14 556
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri