Psoriaz.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 062
Səs ver:
(səs: 0)

 

 
Psoriaz xroniki xəstəlik sayılır. Bu günlərə qədər bu xəstəliyin dəqiq inkişaf etmə səbəbləri aşkar olunmayıb.
Bütün digər xroniki xəstəliklər kimi, psoriaz da kəskinləşmə və remissiya (xəstəliyin əlamətlərinin azalması) dövrlərinin növbələşməsi ilə keçir. Məhz bu səbəbdən psoriaz xəstəliyindən əziyyət çəkən insan bu xəstəliyin ağırlaşmasına və daha da dərinləşməsinə səbəb olan amilləri bilməri və özünü onlardan mümkün qədər qorumalıdır.
1. Soyuqdəymələr psoriazın əlamətlərinin residivləşməsinə (yenidən qayıdma) gətirib çıxara bilər. Bu səbəbdən xəstə özünü soyuqlamadan mümkün qədər qorumalıdır.
2. Karioz dişlər, xroniki tonzillit, rinit, xolesistit, haymorit və orqanizmdə olan digər gizli infeksiya ocaqları xəstəliyin kəskinləşməsinə səbəb ola bilər ki, onları mütləq və vaxtında müalicə etmək lazımdır.
3. Stres vəziyyətlərindən qaçın, kifayyət qədər yatın (gecə yuxusu 8 saatdan az olmamalıdır).  Sinir-psixiki yükləmələrin intensivliyini azaldmaq üçün bitki əsaslı sedativ preparatlarından (nanə, pişik otu, gülxətmi və s.) istifadə etmək olar (müalicə həkimi ilə məsləhətləşin!).
4. İnsanın öz xəstəliyinə qarşı olan münasibətin xüsusi əhəmiyyəti var. Xəstəlikdən utanmayın, hətta səpgilər bədənin açıq yerlərində yerləşdikdə. Xəstəliyin əlamətlərinə lazım olmadan artıq fikir verməyin.
5. Dərinizi müxtəlif zədələmələrdən (kəsik, yanma, sürtülmə və s.) qoruyun, Dırnaqlarınızı mümkün qədər qısa kəsin.
6. Vanna və ya duş qəbul edərkən çox yumşaq süngər istifadə edin. Sabun və dərini qıcıqlandıra bilən digər vasitələrdən istifadə etməyin. Apteklərdə satılan və "tibbi kosmetikaya" aid olan gel və ya duş üçün olan xüsusi yağlardan istifadə edin. Su prosedurlarından sonra dəriyə yumuşaldıcı vasitələrdən birini (krem və ya yağ) çəkin.
7. Gün şüaları, demək olar ki, bütün psoriaz xəstələrinə müsbət təsir edir. Lakin qaralmaqdan sui-istifadə etmək olmaz ki, bu halda xəstə özünə digər problemlər qazana bilər.
8. Psoriaz xəstəliyi olan insan balıq və digər dəniz məhsulları, süd məhsulları, meyvə, tərəvəz, yarmalar ilə zəngin olan pəhriz saxlamalıdır. Yağlı, kəskin qidaları, asan mənimsənilən karbohidratları (şəkər, bal, mürəbbə və s.) və, xüsusən, alkoqol içkiləri ən minimum həddə qədər azaldmaq lazımdır.
9. Psoriaz xəstəliyi olan insanın paltarları yüngül və enli olmalı, bədəni sıxmamalıdır ki, bu yeni səpgilərin əmələ gəlməsini törədməsin. Sintetik materiallardan olan paltarları geyinməyin.
10. Xəstəliyin kəskinləşməsi zamanı vannaların qəbul edilməsi və ultrabənövşəyi şüalanma ləğv olunmalıdır.
11. Psoriaz xəstəliyi olan insan məişət kimyası (camaşır tozu, lak, emal, boya və s.) ilə mümkün qədər az təmasda olmalıdır. Bu vasitələr psoriazın kəskinləşməsinə təkan verə bilər. Dərmanlarla da mümkün qədər ehtiyatlı olmaq lazımdır. Yalnız profilaktik və insanın həyatı üçün vacib olan dərmanlara (ürək preparatları, diabet əleyhinə preparatları, arterial təzyigi normallaşdıran preparatları və s.) icazə verilir.

Mənbə: sağlamol



 

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 062
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri