Təmizlik xəstəliyi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 11 896
Səs ver:
(səs: 4)
Hər şeyi təmizləmə və bunu davamlı etmə istəyi, bir müddət sonra içindən çıxılmaz bir hala gələr.
Həddindən artıq təmizlik tutqunluğu, hər şeyin çirkli olduğu hissinə inanma və hər şeyi davamlı yuma silmə kimi hərəkətlərin davamlı təkrarlanması təmizlik xəstəliyi olaraq adlandırılır. Bunun altında yatan səbəb əsəb pozuqluğu, şübhəçilik və əmin olmama hissi kimi düşüncələrdir.Adam bu pozuqluqların məntiq xarici olduğunu bildiyi halda öz davranışlarını maneə törədə bilməz. İstək xarici davranışlarını davamlı təkrarlayaraq maneə törətməyə çalışar. Şüphəli düşüncədən xilas olmağa və unutmağa səy göstərər. Lakin müvəffəqiyyətli ola bilməz. Məsələn əlini yuduğu halda əmin ola bilmədiyi üçün təkrar yuya bilər. Bu xəstəlik müalicə edilə bilən bir xəstəlikdir. Lakin müalicə edilmədiyində ciddi sağlamlıq problemləri ortaya çıxa bilər.
Təmizlik xəstəliyinin əlamətləri nələrdir?
Adam davamlı əllərini yuyar,
Evi təmizləyər,
Evə gələn bir qonağın ardından istifadə etdiyi hər şeyi təmizləyə bilər.
Zamanın çoxunu təmizlik edərək keçirər.
Çirkli olduğunu düşündüyü hər şeyi yuyar və təmizləmədən istifadə edə bilməz.
Təmizlik xəstəliyinə təsir edən faktorlar nələrdir?
Bioloji, psixoloji, ekoloji faktorlar buna səbəb ola bilər. Ailəsi çox nizamlı və vasvası ya da həddindən artıq qaydaçı olan bir uşaqda bu cür  düşüncələr və buna bağlı olaraq davranış formaları inkişaf edə bilər. Məsələn anası çox vasvası olan bir uşaq irəlidə təmizlik xəstəliyinə yaxalana bilər. Eyni zamanda yaxın bir dövrdə yaşadığı ağır bir hadisə də bu xəstəliyə səbəb verə bilər. Məsələn iflas, boşanma kimi yaşanan çətin müddətlərdən sonra bu düşüncələr və hərəkətlər görülə bilər.
Təmizlik xəstəliyi kimi  vəziyyətlər insanın həyatına necə təsir edər?
Əvvəlcə adamın ictimai və iş həyatı pozulur. Həddindən artıq təmizlik ehtirasından ötəri ətrafındakı yaxınları evinə gəlmək istəməyə bilər. Özünü bu vəziyyət qarşısında bədbəxt hiss edər. Eyni zamanda bu tərz xəstəliklərdə adam ən çox özünə zərər verər. Zamanın çoxunu təmizliyə ayırdığı üçün zaman itkisi yaşar digər etməsi lazım olan heç bir şeyə diqqətlənə bilməz. Həm ev və ictimai ətrafıyla həm də iş mühiti ilə əlaqələri pozular. İş performansı əhəmiyyətli dərəcədə mənfi təsirlənər. Evlidirsə yoldaşı və uşağı ilə ünsiyyət pozuqluğu yaşayar. Özünü təmizlik edərək davamlı əldən salar, günün sonunda yorğun və əldən düşmüş olar. Müəyyən  dövr sonra adam bədən cəhətdən müəyyən narahatlıqlara zəmin hazırlamış olar. Məsələn bel, əzələ oynaq ağrıları bu dövrdə ortaya çıxa bilər. Eyni şəkildə zamanında müalicə olunmazsa insanda depresiya kimi psixoloji bir çox narahatlıq da ortaya çıxa bilər.
Dr. Məmməd Yavuz

/Mənbə: Qadınlar.biz/
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 11 896
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri