Vaginal botoks sağlıqlıdırmı?

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 2 961
Səs ver:
(səs: 1)
Vajina və ətrafına idarəli botoks enjeksiyonu edilərək vajinismus sıxılmalarının önünə keçilə bildiyinin iddia edildiyi bu müalicə üsulu hələ inkişaf mərhələsindədir. Bilindiyi kimi botox bir mikrobun çıxardığı və əzələlərdə keçici iflicə gətirib çıxaran bir maddədir.
Daha çox plastik cərrahıda alın və üz qırışıqlıqları, qaş düşməsi kimi dəyişik xəstəliklərdə, dəri altına enjekte edilərək oradakı əzələləri müvəqqəti iflic edən və dolayısı ilə qırışıqlıqları ortadan qaldıran botoksun vajinismusta da faydası ola biləcəyi düşünüldü və ilk olaraq İran"da və İsrail"də sınanmağa başlandı.
Məntiq olaraq botoks vajina əzələlərini müvəqqəti iflic edər və beləliklə cinsi birləşmə təmin edilə bilər. Amma qadının "ağrıyacaq, ağrıyacaq, qanayacaq" qorxuları, cinsi birləşməyə qarşı şüuraltı müqaviməti, keçmiş zədələrinin təsirləri olduğu kimi qalar. Bu vəziyyətdə botoksun iflic edici təsirinə baxmayaraq vajinismus davam edə bilər və ya botoks müvəqqəti işə yarasa belə təsiri keçdiyində vajinismus təkrar ortaya çıxa bilər.
Botoks vajina girişindəki əzələlərə bir seansda üç ayrı yerə enjekte edilərək tətbiq olunar. Bu əzələlər müvəqqəti iflic olduğu üçün genişləyər və təxminən 3"4 ay bu boşalmadan ötəri cinsi əlaqə mümkün ola bilər. Bu müalicə çox yeni bir yanaşma olduğu üçün mütləq botoks tətbiqindən əvvəl psixoloji və ginekolojik qiymətləndirmələrin edilməsini tövsiyə edirəm.

/Mənbə: Qadınlar.biz/
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 961
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri