“Bütün xəstəliklərə ciddi yanaşmaq lazımdır”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 393
Səs ver:
(səs: 3)
Dilarə Həsənova: "Proktoloji xəstəliklər cüzi rahatsızlıqdan tutmuş, həyati təhlükə yaradan hallara da səbəb ola bilər”

İnsanlar arasında geniş yayılmış xəstəliklərdən biri də el arasında babasil kimi tanınan hemorroy xəstəliyidir. Əhalinin istənilən təbəqəsində rast gəlinən bu mərəzin əlamətləri və müalicə üsulları tibbin proktologiya sahəsinə aid edilir. İllər öncə olduğu kimi hazırda da ölkədə bu sahə ilə məşğul olan kifayət qədər mütəxəssis var. Amma səhiyyədə əhalinin inamını qazanmağın asan olmadığı bir zamanda xüsusilə gənc kadrların peşəkarlığı diqqət çəkir. Müsahibimiz də gənc olmasına baxmayaraq fəaliyyətinda artıq bir çox uğurlara imza atmış "Modern Hospital” klinikasının proktoloq-cərrahı, cərrahi şöbənin müdiri Dilarə Həsənovadır.
Bildirək ki, D.Həsənova 2005-ci ildə Azərbaycan Tibb Universitetini I müalicə-profilaktika fakultəsini bitirib. 2005-2007-ci illər akademik M.A.Topçubaşov adına III cərrahi xəstəliklər kafedrasında klinik ordinatorura keçib. 2007-ci ildən hazırkı dövrə qədər kafedrada baş laborant vəzifəsində çalışır. Türk Kolon ve Rektum Cərrahiyyəsi Dərnəyinin və Türk Cərrahi Dərnəyinin üzvüdür. 2011-ci il "İlin Həkimi" müsabiqəsində "İlin Cərrah Proktoloqu" adına layıq görülüb.

- Dilarə xanim, ilk baxişdan proktologiya sahəsi hamı üçün başadüşülən olmur. Odur ki, mutəxəssisi olduğunuz sahə haqqında məlumat verərdiniz.
- Kolo – proktologiya - ümumi cərrahiyyənin yoğun bağirsaq, düz bağirsaq, anal və perianal bölgə xəstəlikləri ilə məşğul olan sahəsidir. Bu xəstəliklərdən qəbizlik və ishal kimi bağırsağın funksional pozğunluğu daha geniş yayılıb. Sahənin digər aktual xəstəlikləri kimi isə yoğun bağırsaq, düz bağırsaq və anal nahiyyənin xoşxassəli törəmələrini, anus və düz bağirsaq çatlarını, yoğun bağirsağın iltihabi xəstəliklərini göstərmək olar.
Proktologiya yalnız yuxarıda sadalanan xəstəliklərin öyrənilməsi və müalicəsi ilə bitmir. Bura həmçinin pilonidal sist (büzdüm nahiyyəsində tük dönməsi), düz bağirsağin bəzi infeksion xəstəlikləri, ziyillər, koldiloma, popilloma kimi virus xəstəlikləri, – düz bağirsaq sallanmasi, anal daralma, doğuşdan sonrakı aralıq və anorektal travmaları da aid etmək olar.

- Bəs xəstəliyin ümumi əlamətləri hansılardır?
- Kolo-rektal xəstəliklərin ümumi əlamətləri anusdan qanın gəlməsi (qırmızı və ya laxtalanmış şəklində ola bilir), defekasiya aktında nəcisin incəlməsi, qəbizlik və ya əksinə diareyanın (ishal) olması, defekasiya aktından sonar tam rahatlanmama və təkrar–təkrar tualet ehtiyacını həyata keçirmək istəyi, defekasiya aktı zamanı ağrının olması, anus nahiyyəsində qaşıntı, dəri aşılanması, şişliklər və yaraların olması, qarında zaman-zaman izah edilə bilməyən ağrıların olması, zəiflik hissi və qan azlığı hallarının inkişaf etməsi ola bilir. Qeyd olunan şikayətlər zamanı xəstə mütləq həkimə müraciət etməlidir.

- Proktoloji problemləri olan xəstələrin çox olmasına baxmayaraq, onların əksəriyyəti həkimə müraciət etməkdən çəkinirlər. Bunun əsas səbəbi isə utancaqlıq və "ötüb keçər” fikridir. Maraqlıdır, proktoloji xəstəliklər nə dərəcədə təhlükəlidir və həkimə vaxtında müraciət olunmadıqda hansı fasadlara səbəb ola bilər?
- Xəstəliyin formasından və ağırlıq dərəcəsindən asılı olmayaraq buna ciddi yanaşmaq lazımdır. Həmçinin də proktoloji xəstəliklərə. İlk baxışda ciddi gorünməsə də, proktoloji xəstəliklər də zaman keçdikcə və müalicə olunmadıqca ciddi fəsadlara səbəb ola bilər. Belə ki, yoğun bağirsaq (kolon) - rektum və anus xəstəlikləri cüzi rahatsızlıqlarla yanaşı həyat üçün təhlükə yaradan hallara da səbəb ola bilər. Bu xəstəliklərdə erkən diaqnostika və müalicə çox zaman xəstənin həyatı üçün yarana biləcək narahat vəziyyətləri aradan qaldıra və həyat qurtarıcı ola bilir.
Yoğun bağırsağın, düz bağırsağın istənilən patologiyası ilk mərhələlərdə çox da diqqət cəlb edən olmasa da, xəstəliyin daha irəliləyən mərhələlərində geniş mürəkkəb əməliyyatlarla nəticələnir və hətta xərçəngin yaranma riskini də artırmış olur. Təsadüfi deyil ki, bəzən xərçəng önü xəstəliklər kimi babasil, xoşxassəli törəmələr və bağırsağın iltihabi xəstəlikləri göstərilir. Unutmayaq ki, yoğun bağırsaq xərçənginin vaxtında diaqnostikası nəticəsində yaşama göstəriciləri olduqca yüksəkdir! Bəzən pasientlərin çoxu bu sahə haqqında məlumatın az olması və ya utanma kimi səbəblərdən həkimə gec müraciət edirlər ki, bu da xəstəliyin ağırlaşmasına səbəb olur.Mənə müraciət edən xəstələr də təsdiq edirlər ki, daha öncələr məhz utandıqları üçün həkimə müraciət etməyiblər. Xüsusən qadın pasientlərim qadın cərrah-proktoloqların Azərbaycanda olması barədə az məlumatlı olduqlarını qeyd edirlər.

- Keçirdiyiniz uğurlu əməliyyatlara görə bir müddət öncə siz "İlin həkimi” mukafatına layiq görüldünüz. Bu yaxınlarda isə "Modern hospital”ın cərrahiyə şöbəsinin müdiri vəzifəsinə təyin edilmisiniz. Gənc olmağınıza baxmayaraq bir çox uğurlarınız var. Sizcə bu uğurun formulu nədədir?
- Bu suala səmimi cavab vermək üçün sadəcə bir neçə faktoru vurğulamalıyam. İlk öncə qeyd edim ki, heç vaxt hansısa bir uğura istinad edib dayanmamışam. Çalışmışam ki, daim biliklərimi daha da artırım və yeniliklər edim. Hər zaman işlədiyim sahəyə bağlı olmuşam. Böyüklərimə və hocalarına daim hörmətlə yanaşmışam və onlarla məsləhətləşməkdən çəkinməmişəm. Hesab edirəm ki, həkimlik peşəsində ən mühüm xüsusiyyət humanist və daxilən mədəni insan olmaqdır. Zənnimcə, uğurlarımın təməlində yuxarıda sadaladığım bu faktorlar dayanır.

- Etiraf etməliyik ki, əksər həkimlərimiz internetin imkanlarından yararlanmaqda maraqlı deyillər. Amma sizi virtual məkanda aktiv həkim kimi taniyiriq. Bu sizin fəliyyətinizə nə dərəcədə müsbət təsir edir?
- Qeyd edim ki, 2009-cu ilən facebook sosial şəbəkəsində Qadın proktologiyası – Woman’s Proctology adı altında səhifə yaratdım və hal hazırkı dövrə kimi aktiv bir səhifə olaraq fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanda yetəri qədər tanınmış tibb.az saytında həkim-konsusltant kimi oxucuların suallarını cavablandırıram. Proktologiya barədə müxtəlif istiqamətli suallara cavab verməyə çalışıram. Təbii ki müasir dövrdə informasiya texnologiyalarının həyatımızda olan rolunu dana bilmərik və internet vasitəsilə insanların maariflənəsi, həkimlə birbaşa sağlamlığına dair problemləri müzakirə etməsi inkişafdan xəbər verən bir hal kimi qiymətləndirilməlidir. İnternetdən istifadə həmçinin digər ölkələrdn olan kolleqalarımızla əlaqə saxlamağa, fikir mübadiləsi və disskusiyalar yaratmağa da kömək edir.

- Cərrahlıq hətta kişilər üçün belə ağır bir peşə hesab olunur. Bəs zərif cinsin nümayəndəsi olaraq bu sahədə çalışmaq sizə çətin deyil ki?
- Düşünürəm ki, hər bir iş sahəsinin özünün çətinlikləri vardır. Lakin, peşəsini sevən hər bir mütəxəssis uçün işinin üstünlükləri onun çətinliklərini kölgədə qoyur. Mən deyərdim ki, əksinə iş prosesində rastlaşdığımız çətinliklər bizi daha da əzmlə sevdiyimiz sahədə fəaliyyət göstərməyə və öz üzərimizdə çalışmağa sövq edir. Odur ki, zərif cinsin nümayəndəsi olmağımdan asılı olmayaraq mən işimdə güclü insan olmaq adına çalışıram.
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 4 393
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri