Vaginal infeksiyalardan qorunmağın yolları

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 5 252
Səs ver:
(səs: 2)
Vaginal infeksiyalar yayda niyə artır?

Yay demək hovuza və dənizə girmək demək... Fərdi müşahidəm, gigiyenasına ən çox diqqət yetirən qadınların da yaş çimərlik geyimi və bikini ilə bütün bir günü keçirirlər... Halbuki nəmli mühit vajen lorasının pozulmasına səbəb olur və normalda xəstəlik etməyən orqanizmlər alovlanıb şikayətlərə səbəb olmağa başlayır. 

Yayda çox tərləmək, bölgənin havasız qalması kimi səbəblər də infeksiyalara səbəb ola bilir. Yayda ən çox görülən vaginal infeksiyalar; bakteriyel vajinitler, protozoaların səbəb olduğu infeksiyalar və göbələklər olaraq üç ana başlıqda qruplaşır.

Vaginal floranı açıqlayarsınızmı? 

Həyatın hər sahəsində olduğu kimi, əlimizin də, ağızımızın da, vaginal bölgənin də təbii bir florası var. Vajen florasının turşu bir mühiti var. Burada bədənlə dost olan bakteriyalar yaşayır. Ancaq bu mühit pozulduğunda bakteriyalara açıq hala gəlir və infeksiyalar ortaya çıxır. 

Xəstələrimiz ən çox göbələk infeksiyalarından qorxur. Bədən müqavimətinin düşməsi, antibiotik istifadəsi, immunitet sistemini zəiflədən başqa infeksiyalar vajen florasının pozulmasına və göbələk infeksiyalarının sahəyə hakim olmasına səbəb olur. Bəzən göbələk infeksiyası ilə eynivaxtlı olaraq bakteriyaların ya da protozonların səbəb olduğu infeksiyalar da görülə bilir.

'Hovuz bərabərdir göbələk' deyə bilərikmi? 

Bir çox adam göbələyin hovuzdan ya da dənizdən yarandığını düşünür ancaq bu səhv bir mühakimədir. Hovuz infeksiyaları ümumiyyətlə vajinite deyil, hepatitler kimi fərqli sistemik infeksiyalara səbəb ola bilir. Göbələyin ortaya çıxmasına isə az əvvəl də ifadə etdiyim kimi vajen florasının pozulması səbəb olur.

İnfeksiyalar necə əlamət verir?

Göbələk infeksiyasında kəsik -  kəsik ağ axıntı,  şişlik və quruluq hissi, bəzən də qaşıntı görülür. Bakteriyal infeksiyalarda isə köpüklü axıntı, sidik etdikdən sonra ya da əlaqə əsnasında daha da çox hiss edilən pis qoxu ipucu verir.

Vaginal infeksiyanın müalicəsində nələrə diqqət etrmək lazımdır?

Topikal bir infeksiya olan göbələk, nadir olaraq üst genital orqanlarda görülür. Ancaq vaginal floranı alt-üst etdiyi üçün ikincil infeksiyalara zəmin hazırlayır. Bu səbəblə göbələk infeksiyasının həkim yoxlanışında müalicə edilməsi əhəmiyyət daşıyır. Təkrarlayan göbələk infeksiyaları bəzən diyabetin xəbərçisi dəola bilir. Digər infeksiyalarda isə axıntının görünüşünə görə 90% diaqnoz qoyula bilir və uyğun müalicə verilir.

Bunlara diqqət!

• Vajinal təmizliyi qərarında edin.
• Çox  yumayın və sabun istifadə etməyin.
• Vaginal təmizlik jellerini çox şişirtmədən istifadə edin.
• Hər gün paltar dəyişdirin.
• Sintetik paltar istifadə etməyin.
• Gündəlik ped istifadəsindən qaçın.
• Nəmli ya da yaş çimərlik geyimi ilə qalmayın.
• Menstruasiya dövründə dənizə girməyin.
• Dənizə girəcəksinizsə, tampon istifadə edin və çıxar - çıxmaz tamponu dəyişdirin.
• Dar geyimlərdən qaçın.
• Yayda tampon istifadəsindən mümkün olduğunca azaldın.
• Ən yaxınınız da olsa kimsənin bikinisini, çimərlik geyimisini, alt paltarı istifadə etməyin.
• Bikininin çimərlik geyimidən daha sağlam bir variant olduğunu unutmayın.
• Bikini/çimərlik geyimi  alrkən  boxer tərzi bir iç paltar seçin.

/Mənbə:Qadınlar.biz/
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 5 252
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri