Psixi xəstəliklər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 16 370
Səs ver:
(səs: 4)

 

http://imgs.su/tmp/1315201547-656.jpg

Hər birimizin həyatında bir dəfə də olsa elə anlar olur ki, özümüzü tənha hiss edir,gələcəyi kədərli və qorxulu görürük. Bəzən doğma və yaxınlarımızla bircə söhbət sakitlik və arxayınlıq hissi əldə etməyə kifayət edir.
Lakin bəzən bu da kömək etmədikdə insanın vəziyyəti getdikcə pisləşir. O, gündəlik işinin öhdəsindən gəlmir, təşviş və həyəcanı artmaqda davam edir, əhval-ruhiyyəsi kəskin enir, yuxusu və iştahı pozulur. Daha ağır hallarda qəribə söhbətlər edir, özü ilə danışır, özünə qapılmış və şübhəli olur, anlaşılmaz hərəkətlər icra edir. Bütün hallarda ixtisaslı mütəxəssis yardımına ehtiyac duyulur. Hal-hazırda dünyanın hər beş sakinindən biri yaşindan sosial vəziyyətindən asılı olmayaraq psixi sağlamlıq problemləri ilə qarşılaşır və yardım tələb edir.
Yadda saxlamaq lazımdır ki, psixi xəstəliklərə düçar olanların 80 % effektiv müalicə vasitəsilə kömək etmək mümkündür. Yuxarıda deyilənləri, hətta şizofreniya kimi ağır xəstəliyə də şamil etmək olar.

PSİXİATRA NƏ ZAMAN MÜRACİƏT ETMƏK LAZIMDIR?

Əgər sizin qohum və ya tanışınızda aşağıda göstərilən əlamətlədən biri və ya bir neçəsi aşkar edilirsə, ona psixiatrın müayinəsindən keçməyi məsləhət görmək lazımdır.
1.Davranışın nəzərə çarpan dəyişikliyi
2.Cari işlərin və gündəlik vəzifələrin öhdəsindən gələ bilməmək
3.Qəribə və cəfəng fikirlər söyləmək
4.Artmaqda olan təşviş
5.Əhval-ruhiyyənin uzun müddət enməsi və zövqün itməsi
6.Yuxunun və iştahanın kəskin pozulması
7.İntihar haqqında fikirlər və ifadələr
8.Narahatlı və həyəcanlı vəziyyətlər
9.Alkoqol, narkotiklər və digər psixoaktiv maddələrdən sui-istifadə
10.Artmaqda olan qəzəb və aqressiya

PSİXİ XƏSTƏLİK NƏDİR?

Bir çox psixi xəstəliklər neyrotransmitterlər-beynin sinir hüceyrələri arasinda siqnalları nəql edən maddələr sistemində baş vermiş pozuntularla əlaqədardir. Bundan əlavə psixi xəstəliklərin inkişafında orqanizmin endokrin və immun sistemlərinin pozulması da mühüm rol oynayır. Bəzi xəstəliklər irsi meyilliliyə malikdirlər. Bir çox xəstəliklər,keçirilmiş ağir hadisələrdən(yaxən adamın vəfatı,ailənin dağılması,qrxu və s.) və ya uzunmüddətli stress (ailə problemləri, işsizlik,qaçqn düşərgəsində yaşayış və s) vəziyyətlərindən sonra meydana çıxır. Bəzi xəstəliklər beynin bilavasitə zədələnməsi ilə əlaqədardər. Kəllə-beyin travmaları, yoluxucu xəstəliklər, zəhərlənmələr, beyin qan dövranının pozuntuları bu qəbildəndir. Alkoqol və narkotik maddələrdən istifadə edənlərdə özünəməxsus psixi pozuntular qeyd olunur.

MÜTƏXƏSSİSİ NECƏ SEÇMƏLİ?

Psixi pozuntusu olan şəxslərin dərman müalicəsi yalnız həkim-psixiatr tərəfindən həyata keçirilir. Psixiatrdan xəbərsiz, öz başına hər hansı bir dərman təyin etmək və ya dəyişdirmək olmaz. Dərman müalicəsindən başqa psixiatriyada müxtəlif psixoloji müalicə usulları da mövcuddur. Bu müalicə-psixoterapiya həmin sahədə müvafiq hazırlıq keçmiş mütəxəssis tərəfindən həyata keçirilir. Müvafiq təhsili olmayan savadsız şəfakar lara müraciət etməyin. Onların metodları psixoterapiyadan çox-çox uzaqdır.

(səs: 4)
Şərhlər: 0
Baxılıb: 16 370
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri