Menstruasiya haqqında bildiklərin doğrumu?

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 14 642
Səs ver:
(səs: 5)
Menstruasiya dövründə idman edilərmi? 

Menstruasiya dövründəykən hər növ idman edilə bilər.Bu dövrndə edilən fiziki məşqlər ağrını sakitləşdirə  bilir və hətta bəzən məşq rəhmin ağrılı sıxılmalarını belə rahatlaşdırır. Bu səbəblə menstruasiya dövründə idman etmək təhlükəli deyil.

Menstruasiya dövründə üzülərmi? 

Menstruasiya dövrlərində dənizə girmənin təhlükəli olduğuna dair məşhur inancın tibbi bir təməli yoxdur. Dənizə girmək mümkündür. Üzmək menstruasiyanın bitməsinə, qanın laxtalanmasına ya da qarının ağrımasına səbəb olmaz. Ayrıca, bu dövrdə tampon istifadə edərək çimərlik geyiminin ləkələnilməsini də maneə törədə bilərsən.

Tamponlar regl qanamasına mane olarmı? 

Tampon istifadəsindəki ən böyük qorxu, tamponun regl qanamasına maneə törətmə ehtimalıdır. Ancaq, bu qorxu yersizdir çünki tamponlar süngər kimidir və yalnız mayeni əmər. Tampon dolduğunda, maye tamponu keçərək vaginadan çölə axar. Doğru yerləşdirilmiş tampon qanamağa maneə törətmədiyi kimi sızıntıya da imkan verməz.

Gənc qızlar, bakirələr tampon istifadə edə bilərmi? 

İlk menstruasiya qanamasında belə tampon istifadə edə bilərsiniz. Vagina dəliyini örtən təbii dəri təbəqəsi olan qızlıq pərdəsində qanamanın başlamasıyla birlikdə təbii bir dəlik açılar və maye bu dəlikdən çölə çıxar. İlk menstruasiya dövründə, qızlıq pərdəsi yumşaq və elastik olduğundan, ona zərər vermədən, yüngül qanamalı günlər üçün hazırlanmış mini və ya normal boy tampon istifadə edilə bilər. Bakirəsənsə, ilk tamponunu istifadə etmədən ginekoloğunla məsləhətləş, tamponu necə istifadə edəcəyin mövzusunda ondan da məlumat alman faydalı olar.

Menstruasiya dövründə olan ağrılar psixolojidirmi? 

Regl dövrü ağrıları, psixoloji deyil; tamamilə fiziolojidir. Rəhmin sıxılmasına səbəb olan biyokimyasal maddələr ağrıya səbəb olar. Bunların qarşısını alan ağrı kəsicilər,menstruasiya ağrısı üçün çox təsirlidir. Bunların yanında, həkim müayinəsində istifadə edildiyində hamiləliyə  nəzarət dərmanları da menstruasiya ağrısının önlənməsində faydalı dərmanlardır.Menstruasiya sancılarının bir qisimi çox sıx görülən ginekoloji bir narahatlıq olan endometriozise (şokolad kistine) bağlıdır. Bu vəziyyətdə, endometriozise istiqamətli bir müalicə etmək lazımdır.

Menstruasiya sancıları doğum etdikdən sonra keçərmi? 

Bir qisim qadında hamiləlikdə və əmizdirmə əsnasında dəyişən hormon  səbəbiylə, menstruasiya sancıları hamiləlikdən dərhal sonrakı dövrdə azalma göstərə bilər. Hamiləlik və uşaq sayı artdıqca, menstruasiya sancılarının azalma ehtimalı artar. Ancaq, endometriozise (şokolad kisti) bağlı menstruasiya ağrıları olan qadınlarda, bir müddət sonra yenə əvvəlki səviyyəsinə çıxa bilər. 
Menstruasiya  dövründə hamilə qalınarmı? 

Ümumiyyətlə yumurtlama zamanı, menstruasiyanın  birinci günündən etibarən 10-18 gün sonradır. Ancaq, nadir də olsa, daha erkən yumurtlamalar ola bilər. Bu səbəblə, hələ menstruasiya qanaması tam bitməmiş olsa da, cinsi əlaqə hamiləliklə nəticələnə bilər. Məsələn, 8. gündəki bir əlaqə, sperma iki gün yaşaya bildiyindən 10. gün olan bir yumurtlamada hamiləlik yarada bilər. Bu səbəblə, təsirli doğumu idarəedən dərmanlar metodlarının yerini təqvim metodu ala bilməz.

/Mənbə: Qadınlar.biz/
(səs: 5)
Şərhlər: 2
Baxılıb: 14 642
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri