Nigahdankənar əlaqələrin zərəri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 211
Səs ver:
(səs: 3)

http://imgs.su/tmp/1315893496-656.jpg

Nəticələr qənaətbəxş deyil


ABŞ. Ailədən kənar sevgi əlaqələrinə üstünlük verənlər ürəklərini daha çox gərginliklə yükləmiş olurlar. Tədqiqatlardan aydın olmuşdur ki, nigahdan kənar sevgi əlaqələri və təsadüfi intim daha çox infarkt riskini artırır, nəinki ailədaxili müntəzəm cinsi əlaqələr" - Daily Mail" qəzetinin müxbiri Cenni Houp belə yazır.

Harvard və Taft Tibb Mərkəzinin alimləri belə nəticəyə gəliblər ki, intimlə arabir məşğul olanlar infarkt riskinə müntəzəm intimual həyat yaşayanlardan 3-4 dəfə daha artıq məruz qalırlar. Araşdırmaların nəticəsini dərc edən "Amerika Tibb Assosasiyası Jurnalı"nda da qeyd olunduğu kimi ümumiyyətlə fiziki və intimual aktivliyi yüksək olan insanlarda infarkt riski əhəmiyyətli dərəcədə aşağıdır. "Ürəyin sağlam olması üçün gün ərzində yarım saatlıq intensiv gərginlik, fiziki əmək, piayada gəzinti gərəkdir və bunlar həftədə ən azı 5 dəfə icra edilməlidir" - bunu isə "Britaniya Ürək Fondu"nun kordiologiya üzrə mütəxəssisi xanım Emi Tompson bilidirib və əlavə edib ki, müntəzəm intim ürəyə pillələri birnəfəsə qalxan zaman hiss etdiyimizdən daha çox gərginlik verə bilməz və hətta ürəyi xəstə olanlar da bundan imtina etməməlidir.

(səs: 3)
Şərhlər: 0
Baxılıb: 3 211
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri