Menstruasiya dönəmində ağrıları azaltmağın yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 52 092
Səs ver:
(səs: 5)
Bütün  qadınlar menstruasiya dövründə ağrılarla qarşılaşır. Çoxları ağrıları azaltmağın yollarını bilmir. Halbuki, bəzi çaylar və digər vasitələrin köməyi ilə ağrının təsirini azaltmaq mümkündür.  

Aybaşı uşaqlıq borusu vasitəsi ilə bədəndən hüceyrənin və qanın uşaqlıq yolu (vagina) ilə xaric olunmasıdır. Aybaşı qadının həm sağlamlığı, həm də gələcəkdə hamilə qalması üçün böyük əhəmiyyət kəsb edən bir prossesdir.  Aybaşı orqanizmdən, qadının çəkisinin boyuna nisbətindən, qidalanmasından və onun ümumi sağlığından asılı olaraq  10-16 yaşlarından başlayıb,  45-50 yaşadək davam edir. Sağlam qadınlarda aybaşı müddəti hər ay 3-5 gün və 7 gündən çox olmayaraq davam edir. Bu zaman qadın orta hesabla 50-100 qram həcmində qan itirir.

Aparılan araşdırmalara görə qadınların 60 faizindən çoxu menstruasiya dövründə ağrıların yaşanması halları ilə qarşılaşır. Ağrıların əsas səbəbi uşaqlıq borusunun sıxılması ilə bağlı olaraq qan və oksigenin azalmasıdır. Ağrıların şiddətinin hər qadında fərqli olması isə həmin qadının həyat tərzi, təhsili, sosial səviyyəsi, ya da genetik faktorla əlaqədardır. 

Qidalanma və bəzi fiziki hərəkətlərlə ağrıları azaltmaq mümkündür. Ağrılar heç bir vasitə ilə keçmirsə, ağrıkəsici almaqdan çəkinməyin. Menstruasiyada ağrıların baş verməsini normal hal kimi qəbul edin, bu yumurtalamanın olduğunu göstərir. Evləndikdən sonra ağrıların yox olması səhv fikirdir. Ancaq doğuşdan sonra uşaqlıq yolunun ağzı daha açıq olduğu üçün ağrılar az hiss edilir. 

Müalicə qaydaları 
  • Qarının üzərinə isti su torbaları qoyun. Bu, uşaqlıq yolunda qan dövranını sürətlənməsinə yol açaraq ağrını azaldır. İlıq duş qəbul etmək, ayaqları isti suyun içində saxlamaq da fayda verir. Suyun temperature 40 dərəcə olmalıdır. 
  • Qidalanma tərzi – B və E vitaminləri ilə mqanezium tərkibli dərmanlar da ağrını azaldır.
  • Bitki çayları əzələləri yumşaldır. Bu dönəmdə çobanyastığı və razyna çaylarının yararları olur. 
  • Qəhvə, kola, çay və tərkibində kofein olan qidalardan uzaq durmaq laızmdır. 

Aktiv fiziki hərəkətlər də bir çox hallarda qadınlarda ağrının azalmasına səbəb olur;
  • Ağrının azalmasına aşağıdakı idman hərəkəti də kömək edə bilər: arxasıüstə uzanaraq divar boyu ayaqlarınızı yuxarı qaldırın. Bədən əzələlərinizi tam şəkildə boşaldaraq bu halda 15 dəqiqə ərzində uzanın. 
  • Menstruasiya vaxtı ümumi əhval-ruhiyyənin kəskin şəkildə pisləşməsi, psixi və nevroloji gərginlik, hər şeyə kəskin reaksiya vermək, depressiya və s. əlamətlər olduğu hallarda həkim-nevropatoloqa müraciət etməklə sakitləşdirici dərman preparatlarının qəbul edilməsi barədə məsləhət almaq olar.


/Qadinlar.Biz/

(səs: 5)
Şərhlər: 4
Baxılıb: 52 092
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri