Gümrah olmaq istəyirsinizmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 643
Səs ver:
(səs: 4)
Əzələləri gücləndirmək, oynaqların elastikliyini artırmaq və köklüyə səbəb olan artıq enerjini sərf etmək üçün gündə ən azı bir dəfə yüngül hərəkətlər etmək lazımdı. Hətta bu hərəkətləri yataqda da başlaya bilərsiniz.

1-ci hərəkət: Qalxıb yatağınızda oturun.Əllərinizi və barmaqlarınızı qabağa uzadın. Sonra başınızı ayaqlarınıza doğru əyin. Əzələlərinizin necə gərildiyini hiss edəcəksiniz. Bu hərəkətləri edərkən dərindən nəfəs alın.

2-ci hərəkət: Arxası üstə uzanın və qollarınızı yana açın. Sağ ayağınızı yuxarı qaldırın. 10 saniyə bu şəkildə saxlayın. Sonra ayağınızı aşağı-yuxarı hərəkət etdirin. Eyni hərəkəti sol ayağınız ilə də təkrar edin.

3-cü hərəkət: Dizlərinizi sinənizə qatlayın və bu şəkildə bir qədər gözləyin. Sonra yenə ayağınızı uzadın. Bu hərəkəti hər iki ayağınızla 3 dəfə təkrar edin.

4-cü hərəkət: Yatağınızda oturun. Bədəninizi beldən əyərək əllərinizlə ayaq barmaqlarınıza toxunmağa çalışın. Kürək əzələlərinizin necə gərildiyini hiss edəcəksiniz. Bir qədər gözlədikdən sonra əvvəlki vəziyyətinizə qayıdın. Bu hərəkəti 5 dəfə təkrar edin.

5-ci hərəkət: Yatağınızdan ayağa qalxın. Əllərinizi belinizə qoyun və ayaqlarınızı yana açın. Növbə ilə sağa, qabağa və  sola əyilin. Sonra əvvəlki vəziyyətinizə qayıdın. Bu hərəkəti 5 dəfə təkrar edin.


Mənbə: Qadinlar.biz

(səs: 4)
Şərhlər: 5
Baxılıb: 3 643
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri