Qadın döşləri haqqında bilmədikləriniz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 37 059
Səs ver:
(səs: 8)
Qadınlığın və analığın simvolu sayılan döşlər kiçik olanda da, böyük olanda da dərd olur. Bəs siz qadınların üzünü güldürən estetik cərrahiyyədə ən çox istifadə edilən döş əməliyyatları haqqında nələr bilirsiniz?
 
Türkiyəli cərrah və həkim MetinKerem, döş protezi istifadə edən qadın sayının son 20 ildə 10 qat artdığını qeyd edir.
 
· Markası, biçimi və həcmindən asılı olaraq 2000-dən çox döş protezi mövcuddur. Hər döş protezinin özünə aid vəsiqəsi olduğu da deyilir.
 
· Döş protezləri adının əksinə, döş toxumasının içinə deyil, toxumanın altında, döşlə heç bir əlaqəsi olmayan dərinliyə yerləşdirilir.
 
· Bəzi qadınların döşləri simmetrik olmaya bilər və buna görə də bəzən sağ və sol döşə fərqli ölçüdə protez yerləşdirilir.
 
· Döş protezi sallanmış döşü dikləşdirmək üçün deyil, döşlərin həcmini böyütmək üçün işlədilir. Döşləri dikləşdirmək üçün başqa bir əməliyyat keçirilir.
 
· Döş protezi qoyulduqdan sonra ultrasonda döş toxumasına baxmaq mümkündür.
 
· Döş protezi qoyduran qadınların 50 faizini 19-34 yaş arası, 42 faizini 35-50 yaşarası, qalan 8 faizini isə 50 yaşdan yuxarı qadınlar təşkil edir.
 
· Döş protezindən məmnun olanlar 93-97 faiz təşkil edirlər. Həm də döş protezi qadınların üzünü ən çox güldürən əməliyyatların başında gəlir.
 
· İngiltərədə aparılan bir araşdırmada slikonlu ananın südündə inək südündən daha az slikon maddəsi olduğu təsdiq edilib.
 
· Əməliyyat izi təxminən 3,4-4 sm uzunluğunda, düz bir cizgi şəklində olur. Bu cizgi əməliyyatdan təxminən 6 ay sonra dəri ilə eyni rəngə çevrilir və nəhayət görünməz olur.
 
· Döş böyütmə əməliyyatı təxminən 40-60 dəqiqə davam edir. Döş kiçiltmə əməliyyatı isə təxminən 3 saat davam edir.
 
· Slikon protezlərdən başqa, lipasaksiya yolu ilə bədəndən alınan yağlarla da döşlərin həcmini böyütmək olur.
 
· Kanadada 11.676 qadın arasında araşdırma aparılıb. Bu araşdırma 13 il davam edib. Məlum olub ki, döş protezi olan qadınlar arasında xərçəngə tutulanların sayı azdır.Bu halın qadınların orijinal döş toxumasının kiçik olmasından irəli gəldiyi bildirilib.
 
· Türkiyədə ən çox 250-300 cc ölçüsündə slikon protezə üstünlük verilir. (bir kola butulkasınınhəcmi 330cc)
 
· Döş protezindən ancaq döşləri böyütmək üçün deyil, xərçəng, yanıq və doğuşdan sonra yaranan səbəblərdən dolayı döşlərini itirən qadınlar da istifadə edir.
(səs: 8)
Şərhlər: 8
Baxılıb: 37 059
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri