Şok! Diabet xəstələri üçün olan dərman 2 min insanı öldürüb!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 105
Səs ver:
(səs: 1)

 

http://imgs.su/tmp/1316846599-656.jpg


Fransada ən nəhəng əczaçılıq şirkəti "Jaku Servye"yə qarşı ittiham irəli sürülüb.
 Fransa KİV-nə istinadən verdiyi məlumata görə, prokurorluq şirkətin diabetli xəstələr üçün istehsal etdiyi "Mediator" dərmanının indiyədək 2 mindən artıq insanın ölümünə səbəb olduğunu bildirir. İttihamlar təsdiqini taparsa, bu, müasir Fransanın tarixində ən səs-küylü qalmaqal olacaq.

İstehsalçı şirkət səhlənkarlıqdan insan ölümünə səbəb olma, dələduzluqda ittiham olunur. Şirkətin 89 yaşlı rəhbəri artıq həbs olunub. Onun girov müqabilində azadlığa çıxması üçün 4 milyon avro tələb olunur.
İstintaqçılar bildirirlər ki, "Mediator" preparatı yalnız Fransada 2000-dək insanın həyatına son qoyub. Başqa ölkələrdə vəziyyətin nə yerdə olduğu bilinmir.

"Mediator" preparatı 1976-cı ildən ikinci tip diabet xəstələri üçün buraxılır. O, insulinə həssaslıq azalan zaman qəbul edilir. İndiyədək ondan nə qədər xəstənin istifadə etdiyini hesablamaq mümkün deyil.

 

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 105
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri