Başağrısına səbəb olan 10 amil

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 580
Səs ver:
(səs: 2)
Yediyiniz yeməkdən, içdiyiniz suya qədər hər şey başınızın ağrımasına səbəb ola bilər. Buna görə də, xüsusilə, başağrısına meyilli olan adamlar daha daha diqqətli olmalıdırlar. İndi isə başağrısına səbəb olan amillər və bu amillərlə mübarizə yolları haqqında:

Çəki:Son vaxtlar aparılan araşdırmalara görə, orta çəkili adamlarda yüngül çəkili adamlarla müqayisədə başağrısı ehtimalı 35 faiz çoxdur. Ağır çəkili adamlarda isə bu rəqəm 80 faizdir.

Xarakter:Bəlkə də sizə qəribə gələcək, amma sərt, utancaq və dəyişkən xarakterə malik adamlar başağrısına daha meyillidirlər.

İş "fasilələri”: İş həyatınızda həftəsonları və ya bayramlarla bağlı yol verdiyiniz "fasilələr” başağrısı ehtimalını artıra bilər.

Rəng:Ənənəvi rənglərdən fərqli olaraq qeyri-ənənəvi rənglər başağrısına daha cox səbəb olurlar.

Aclıq: Aclıq başağrısına səbəb olan əsas amillərdən biridir. Gün ərzində bir yeməyi belə təxirə salsanız, başınız ağrımağa başlaya bilər.

Susuzluq:Aclıq kimi susuzluq da başağrısına səbəb olur. Ancaq susuz qalmamaq üçün litrlərlə su qəbul etməyə ehtiyac yoxdur. Bunun üçün sizə lazım olan suyu həm meyvə və tərəvəzlərdə, həm də adi su ilə qəbul etmək kifayətdir.

Dərman:Ağrıkəsici dərmanlar həddən artıq istifadə edildikdə başağrısına səbəb olur.

Hərəkətsizlik:Son vaxtlar aparılan araşdırmalara görə, aktiv olmayan adamlarda aktiv olan adamlarla müqayisədə başağrısı ehtimalı daha çoxdur.

Yuxusuzluq:Bir gecədə orta hesabla 6 saat yatan adamlarda bir gecədəorta hesabla 6 saatdan çox yatan adamlarla müqayisədə başağrısı ehtimalının daha çox olduğu göstərir.

Qida:Başağrısına səbəb olan amillərdən biri də qidalardır. Ancaq bu vəziyyət qidalardan asılı olaraq dəyişdiyi kimi, adamlardan asılı olaraq da dəyişir

Mənbə:Ailəm jurnalı

(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 580
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri