Azərbaycanda AİDS-ə daha çox narkomanlar yoluxur

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 426
Səs ver:
(səs: 1)
BMT baş Assambleyasında minilliyin əsas problemləri sırasında AİDS-in də adı var. Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov BMT Minilliyin İnkişaf Məqsədləri Yüksək Səviyyəli Plenar görüşündə çıxış edərkən ölkənin bu sahədə uğurlar qazandığını bildirib.
Bu uğurların nədən ibarət olduğunu öyrənmək üçün Azərbaycan Səhiyyə nazirliyinin AİDS-lə mübarizə mərkəzinin direktoru Həqiqət Qədirovaya müraciət etmişik.
Onun sözlərinə görə, son 3 ildə Azərbaycanda AİDS-ə yoluxanların sayı dəyişmir. Hər il 450 nəfər yeni AİDS-ə yoluxan adam qeydə alınır.
2010-cu il iyulun 1-ə 2512 nəfər qeydə alınıb ki, onların da 2414 nəfəri Azərbaycan vətəndaşlarıdır. Həqiqət Qədirovanın sözlərinə görə, bu xəstəlikdən vəfat edənlərin sayı ilbəil azalır. Bu da 2006-cı ildən onların müalicəsinin ölkədə təşkil olunması ilə bağlıdır.
Mütəxəssis bildirir ki, ölkədə AİDS-ə yoluxanların əksəriyyəti iynə yolu ilə xəstələnənlərdir. Onlardan sonra ikinci yeri cinsi yolla bu xəstəliyə yoluxanlar tutur.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 4 426
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri