Dovşan dodaqlıq

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 6001
Paylaş:
Səs ver:
(səs: 3)
Dovşan dodaqlıq - üst dodağın anadangəlmə yarığı.
Üst dodağın anadangəlmə qüsurlu inkişafi nəticəsində yan tərəfdən bitişməyərək yarıq qalmasına dovşan dodaqlıq deyilir. Doşan dodaqlıq bəzən qurd ağızlıq ilə birgə müşahidə olunur.

Bu potologiyanın səbəbi tam aydınlaşdırılmayıb, lakin hamiləliyin birinci trimesrtində (ilk üç ay) ananın keçirdiyi virus infeksiyaları (toksoplazma, sitomeqalovirus, herpes, məxmərək), cinsi yolla keçən infeksiyalar, hamiləlik dövründə qəbul edilən dərman preparatları, qeyri-kafi ekoloji şərair və s. faktorlar, həmçinin irsi meyllik bu eybəcərliyin yaranmasına gətirib çıxara bilər.

Yeni doğulmuş körpələr arasında təxminən 2 min körpədən birində təsadüf olunur. Oğlan uşaqlarında nisbətən daha çox olur.

Hamilə qadın ilk dəfə 16 həftədən sonra növbəti USM keçərkən körpədə Doşan dodaqlıq olduğunu öyrənə bilər. Lakin bu panikaya düşməyə, hamiləliyi pozmağa cəhd etməyə əsas deyil. Doşan dodaqlıq yalnız zahiri fiziki qüsurdur, uşağın daxili orqanlarında bununla yanaşı gedən heç bir anomaliya, hər hansı fiziki və ya psixi çatmamazlıq adətən olmur. (qurd ağızlılıqdan başqa).
Lakin bu o demək deyil ki heç bir şey olunmamalıdır. Doşan dodaqlıq körpənin yeməyində və nitqində çətinlik yaradır, böyüdükcə "fərqli” görünüşünə görə kompleks keçirməyə başlayır.
Buna görədə əməliyyata əks göstəriş olmadıqda körpənin 3 ayından sonra plastik cərrahiyyə əməliyyatı həyata keçirilməlidir. Əmaliyyatdan 3-4 saat sonra uşağa fizioloji məhlul və ya 5% -li qlyukoza,
sonra sağılmış ana südü çay qaşığı ilə verilir. Hər qidalanmadan sonra ağzı yumaq üçün 2-3 çay qaşığı qaynadılmış su icildilir. Yara açıq saxlanılır, yalnız 2 həftədən sonra uşağı döşlə əmizdirməyə qayıtmaq olar.

Əməliyyatdan sonra adətən heç bir iz qalmır, və ya çox çüzi olur ki bunu da sonradan asanlıqla aradan qaldırmaq olur.

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 6001
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv