İmpotensiya

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 8 625
Səs ver:
(səs: 2)
1992-ci ildən etibarən "impotensiya” əvəzinə "erektil disfunksiya” termini işlədilir.
"Erektil disfunksiya” kişinin ereksiya qabiliyyətinin olmaması və ya çox zəif olmasıdır. "Erektil disfunksiya”ya bir sıra amillər səbəb olur:
- Sidik-cinsiyyət sisteminin və çanaq orqanlarının iltihabi xəstəlikləri (prostatit, orxoepididimit, sistit və s.)
- Erektil mexanizmə cavabdeh olan damarlarda arterial qanın axınının kifayət qədər olmaması
- Şəkərli diabet
- Hormonal pozğunluqlar
- Cinsiyyət üzvünün travmaları
- Onurğa sütunu travmaları
- Kiçik çanaq orqanlarında əməliyyatlar
- Bəzi preparatların qəbulu
- Depressiyalar, stress
Bəzi hallarda "erektil disfunksiya”nın psixoloji formalarına təsadüf edilir. "erektil disfunksiya”nın üzvi əsası müalicə ilə aradan qaldırılarsa da psixonevroloji xüsusiyyətlərlə bağlı çətinliklərin təsiri bəzən davam edir.

İMPOTENSİYANIN NÖVLƏRİ:
Üzvi impotensiya- erektil funksiyanın proqressiv itməsidir. Üzvi mənşəli impotensiya zamanı gecə və səhər saatlarında olan spontan ereksiya itir. Əsasında əksər hallarda müxtəlif arterial və ya venoz mənşəli damar patologiyası durur.
Psixoloji impotensiya- kişinin həyatında baş vermiş müəyyən hadisələrlə bağlı olur. Bu zaman gecə və səhər saatlarında baş verən spontan ereksiyalar saxlanılır; vizual stimulyasiya və erotik fantaziyaların köməyi ilə çox zaman ereksiya yaranır.

MÜALİCƏ: impotensiyanın səbəbindən asılı olaraq individual təyin olunur. Bəzən heç kimyəvi dərman müalicəsinə ehtiyac olmur. Bir az istirahət, ozonoterapiya, bitki nəmşəli dərmanlar (EREX-SPER) kifayər edir.

PROFİLAKTİKASI:
- Sağlam həyat tərzi, düzgün qidalanmaq, idmanla məşğul olmaq
- Siqaret, spirtli içkilər və narkotik preparatlardan istifadə etməmək
- Ereksiyanın pozulmasına səbəb olan preparatlardan həkim təyinatı olmadan istifadə etməmək
- İfrata varmadan və böyük fasilələr vermədən müntəzəm cinsi həyat sürmək
- Kiçik çanaq, aralıq nahiyyəsində travma aldıqda, şəkərli diabet və hipertoniya xəstəliyində və s. uroloqla məsləhətləşmək

(012) 449 99 99 və (050) 377 44 44 nömrəli telefonlarla seksopatoloqun qəbuluna yazıla bilərsiz. Qəbula yazılarkən güzəştli müayinə olmaq üçün Qadınlar.Biz saytından gəldiyinizi mütləq bildirin.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 8 625
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri