Diabet - XXI-ci əsrin səssiz epidemiyası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 503
Səs ver:
(səs: 0)
XXI-ci əsrin səssiz epidemiyası. Dünyada 347 milyon insana şəkərli diabet diaqnozu qoyulub.

DİABET NƏDİR?
Diabet - mədəaltı vəzin kifayət qədər insulin yaratmaması və ya orqanizmin yaranmış insulini istifadə edə bilməməsi nəticəsində əmələ gələn xroniki xəstəlikdir. Insulin – qanda şəkərin miqdarını tənzimləyən hormondur. Buna görə də şəkərli diabet xəstələrində qanda şələrin miqdarı normadan yuxarı olur, bu da öz növbəsində orqanizmin bir çox sistemlərini ciddi şəkildə zədələyir, xüsusilə də sinir və damarları.

1-Cİ TİP DİABET.
Bu xəstəlik zamanı orqanizmdə kifayət qədər insulin yaranmadığına görə gündəlik insulin iynələri vurulmalıdır. Adətən uşaq və gənc yaşlarda başlanır. Səbəbi tam aydınlaşdırılmayıb, lakin xəstəliyin əmələ gəlməsində irsi faktor önəmli rol oynayır. Əlamətləri—daimi susuzluq, aclıq hissi, çəki itirmə, çoxlu miqdar sidik ifrazı, yorğunluq və görmənin zəifləməsi və s.

2-Cİ TİP DİABET.
Bu xəstəlik orqanizmin insulini qeyri effektiv istifadə etməsi nəticəsində əmələ gəlir. Diabet xəstələrinin 90 % məhz 2-ci tipə aiddir və xəstəliyin əsas səbəbləri artıq çəki və az hərəkətlilik hesab olunur. Xəstəliyin əlamətləri 1-ci tip diabetlə eynidir, amma daha zəif ifadə olunmuş olur. Buna görə də çox vaxt diaqnoz xəstəlik başlanandan xeyli vaxt keçəndən sonra, ya təsadüfən müayinə olunduqda və ya xəstəliyin ağırlaşmaları yaranandan sonra aşkarlanır.

DİABETİN HANSI ÜMUMİ FƏSADLARI VAR?
Diabet tədricən ürəyi, qan damarlarını, gözləri, böyrəkləri və sinirləri zədələyir.
Diabet ürək xəstəliklərinin və insultun yaranma riskini artırır.
Aşağı ətraflarda sinirlərin zədələnməsi və qan dövranının pozulması ayaqlarda yaraların əmələ gəlməsinə, infeksiyalaşmasına və nəticədə də amputasiyaya (kəsilmə) gətirib çıxarır.
• Diabetik retinopatiya- göz damarlarının zədələnməsi- görmənin zəifləməsinə, son nəticədə korluğa səbəb olur.
• Diabet böyrək çatmamazlığının əsas səbəblərindən biridir.
• Eyni yaşda insanlar arasında ölüm riski diabetli xəstələrdə 2 dəfə yuxarıdır.

PROFİLAKTİKA
Bir neçə sadə qayda (2-ci tip diabetə aiddir)
• Normal bədən çəkisini əldə etmək və saxlamaq
• Fiziki aktivlik- hər gün ən azi 1 saat aktiv hərəkətdə olmaq
• Düzgün qidalanmaq—meyvə tərəvəzdən gündəlik istifadə, yağ, un və şirniyyatı azaltmaq
• Nikotindən (siqoret çəkmək) imtina etmək.

DİAQNOSTİKA VƏ MÜALİCƏ
Qanda şəkərin miqdarını nəzarətdə saxlamaq.
Qanda bir sıra göstəricilər diaqnostik əhəmiyyət daşıyır.
Qan təzyiginin qalxmasına nəzarət.
Ayaqlara qulluq. (yara və infeksiyaların qarşısını almaq)
Göz dibinin vaxtaşırı müayinəsi.
Böyrəklərin fəaliyyətinə nəzarət.

1-ci tip diabet xəstələrinə daima insulin vurulmalıdır.
2-ci tip diabet xəstələri atma dərmanlarından istifadə edə bilər, lakin onlar da müəyyən vaxtdan sonra, bəzən insulindən də istifadə etməli olurlar.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 503
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri