Şizofreniya - ruhi xəstəlik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 18 582
Səs ver:
(səs: 2)
Şizofreniya endogen mənşəli xroniki ruhi xəstəlik sayılır.
Etiologiya (yaranma səbəbləri)

Yaranma səbəbi tam öyrənilməyən bir çox xəstəliklərdən biridir. Tam olaraq irsi xəstəlik sayılmır, amma irsi faktorun rolu çox böyükdür. Belə ki biryumurtalı ekizlərdən birində bu xəstəlik varsa təxminən 80% ehtimalla o birində də xəstəlik baş verir. Müxtəlif yumurtalı ekizlərdə, adi bacı-qardaşda olbuğu kimi bu faiz nisbətən aşagıdır, lakin ümumi populyasiyaya nisbətən xeyli yuxarıdır. Xəstəlik anadangəlmə deyil, müxtəlif yaşlarda başlaya bilər: çox erkən yaşlardan (3-4 yaş), 45-50 yaşa gədər. lakin xəstələrin çoxunda xəstəliyin başlanması 18-25 yaş dövrünə təsadüf edir. Beləliklə yaş faktoru da xəstəliyin yaranmasında rol oynayır. Önəmli patogenetik faktorlardan biri də stress sayılır. Müxtəlif stresslərdən sonra şizofreniya xəstəliyinin başlanması çox hallarda müşahidə olunub. Qadınlarda bəzən xəstəlik doğuşdan sonra inkişaf edir. Maraqlıdır ki, xəstəlik nə gədər erkən və spontan yəni provakasion faktor (səbəb) olmadan başlayırsa proqnoz o gədər ağır olur. Beləliklə şizofreniya xəstəliyi endogen, yəni xarici faktorlardan daha az asılı olan, daxildən gələn bir xəstəlik sayılır.

Yayılma statistikası
statistikaya baxsaz müxtəlif ədəbiyyatlarda müxtəlif rəqəmlər görə bilərik. Ortalama olaraq populyasiyada bu xəstəliyin 0,5-3% yayılmasını söyləmək olar.

Klassifikasiya
Şizofreniyanın bir xəstəlik və ya bir neçə xəstəlik qrupu olduğu bu günə gədər mübahisəlidir.
Buna görə də klassifikasiyası da xeyli dolaşıqdır.
Dörd forma:
1. sadə
2. paranoid
3. katotonik
4. hebefrenik

Üç gediş variantı:
1. Fasiləsiz proqredient (fasiləsiz artan)
2. Fasiləli proqredient (fasiləli artan)
3. Tutmaşəkilli, rekurrent ayırd edilir.

Klinik formalarla gediş variantlarını sintez etsək şizofreniyanın təxmini klassifikasiyasını alarıq. Nəyə görə təxmini? Bu suala ən yaxşı akademik Snejnevskinin sözləri ilə cavab vermək olar, o deyirdi: "nə gədər şizofreniyalı xəstə varsa o gədər də onun forması var”

Klinika (əlamətləri)
Şizofreniya xəstəliyinin əlamətləri çoxdur. Bunlardan əsaslarını seçməyə çalışaq. Autism - özünə qapanma-- bu xəstələr çox vaxt real həyatdan uzaqlaşıb, xəstə təfəkkür və qavramaları hesabına yaratdıqları bir dünyada yaşayırlar. (məs. özünü Napaleon hesab edən biri Marat və Robespyerlə ucadan mübahisə edir, Jozefinaya sevgi məktubları yazır), eşitmə halyusinasiyaları—xəstələrin qulağına müxtəlif insanların səslərı gəlir (qarabasma), bu səslər ona əmrlər verə bilər, xoş sözlər deyə bilər və ya təhgir edə bilər. Sayıqlama ideyaları—xəstəlik nəticəsində yaranan, korreksiya olunmayan yanlış fikirlərdir. Xəstədə məzmununa görə təqib, qısqanclıq, özünü böyütmə, təsir, cadu sayıqlamaları ola bilər. Təqib sayıqlaması olan xəstəyə elə gəlir ki, onu təqib edən, ziyan vurmaq hətta öldürmək istəyən bir və ya bir qrup şəxs var. Belə xəstələr bəzən özlərini müdafiə etmək məqsədilə "düşmənlərinə” qarşı hücuma keçə bilərlər. Sosial təhlükəli hərəkətlər, hətta cinayət törədə bilərlər. Şizofreniyalı xəstələr öz patoloji təfəkkürlərinin məhsulu olan, yalnız onlara aid olan "dünyada” yaşadıqları üçün, onların hərəkətləri, nitqləri, emosional reaksiyaları ətrafdakılar üçün qəribə, anlaşılmaz, qeyri-adekvat görünür. Şizofreniyalı xəstələr çox vaxt baxımsiz, səliqəsiz görünür, onlarda ətrafa qarşı biganəlik, laqeydlik yaranır. Xəstəlik proqressiv davam edirsə şəxsiyyətin tam parçalanmasına, dərin emosional iradi qüsur vəziyyətinə gətirib çıxardır.
Müalicə: müasir psixotrop dərman preparatları şizofreniyanın bir çox əlamətlərini aradan qaldırmağa, xəstəliyin inkişafının qarşısini almağa imkan yaradır. Müalicə nə qədər erkən başlayarsa o gədər uğurlu olur. Psixofarmakoloji müalicə ilə yanaşı xəstələrin sosial reabilitasiyası da çox önəmlidir: xəstənin ailə daxili münasibətlərinin bərpasına, təhsil almaq, işləmək hüquqlarının reallaşmasina yardım etmək, əmək qabiliyyətini itirmiş şəxslərin təqaüdlə və pulsuz müalicə ilə təmin etmək şızofreniyalı xəstələr və onların yaxınları üçün böyük dəstək olur.
Proqnoz: xəstəliyin proqnozu kliniki formadan və gediş variantından asılıdır. Vaxtında başlanmış və sistematik aparılan müalicə, yeni nəsl keyfiyyətli neyroleptik preparatların tətbiqi şizofreniyanın proqnozunu müsbət tərəfə xeyli dəyişir, xəstələrin həyat keyfiyyətini artırır.

Həkim psixiatr: Mehriban Rzayeva
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 18 582
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri