Əsəb pozuntusunun 10 əsas səbəbi

Müəllif: Wiyinka
Şərhlər: 8
Baxılıb: 24 245
Səs ver:
(səs: 4)
Əsəb pozuntusunun 10 əsas səbəbi
Həkimlər artıq çoxdan müəyyən etmişlər ki, getdikcə artan psixoloji gərginlik şəraitində yaşamaq hər adamın işi deyildir. Odur ki, çoxları stress keçirməyə başlayır. Bu stress tədricən artır və daha ona yer qalmadıqda o əsəb pozuntusuna gətirib çıxarır. 
Bəs insanın əsəb pozuntusu təhlükəsi ilə qarşılaşdığını necə müəyyən etməli? Psixoloqlar yaxınlaşmaqda olan əsəb pozuntusunun 10 əsas əlamətini fərqləndirirlər:
1. İnsan yorğunluq, zəiflik hiss edir.
2. Kiminsə xahişi onu hirsləndirir.
3. Əsəb pozğunluğu həddində olanlar özünütənqidə meyillidirlər.
4. Əsəb pozuntusu həddində olanlara çox tez hirslənmə də xaşıdır.
5. Əgər hiss etsəniz ki, ətrafınızdakıların hamısı sizə düşməndir və getməyə bir yeriniz yoxdur, deməli, tezliklə əsəb pozuntusuna məruz qalacaqsınız.
6. Əvvəllər sizdə heç bir emosiya doğurmayan sözlər və hərəkətlər sizə toxunur. Sizə elə gəlir ki, sizə sataşmaq, sizi təhqir etmək istəyirlər.
7. Kəskin baş ağrıları və həzmətmələrin pozulması çox vaxt əsəb pozuntusundan xəbər verir.
8. Əsəb pozuntusundan əvvəl adamlar, adətən, yuxusuzluqdan və depresiyadan əziyyət çəkirlər.
9. Əsəb pozuntusuna məruz qalacaq insanlarda acizlik və koməksizlik hissi, adətən əsassız şübhəliklə, bəzən də təqibolunma nümayişi ilə müşayət edilir.Onuda qeyd edimki əsasən xanımlar əsəb pozğunluğu keçirir çünki kişilərə nisbətən gərginlik çox keçirirlər.Buda əsəb pozğunluğunun başlıca səbəblərindən biridir.
10. Əsəb pozuntusundan əvvəl həzmlə bağlı problemlərlə əlaqədar çox vaxt çəkidə dəyişiklik baş verir
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 24 245
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri