Azərbaycanda nə qədər qadın abort etdirir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 735
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/1318783483-656.jpg

 

Türkiyənin İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsində "V Balkan Tibb Tarixi və Etikası" beynəlxalq elmi konfransı keçirilir. Dünyanın müxtəlif ölkələrindən 270 nəfər alim, həkim və psixoloqların iştirak etdiyi bu konfransda Azərbaycan da təmsil olunur.Respublika Uşaq Təşkilatının sədri, psixologiya üzrə fəlsəfə doktoru Gülər Əhmədova "XXI Yüzyılın Tıp Etiği Sorunu - Kürtaj" adlı məruzə ilə çıxış edib.

"Zaman Azərbaycana istinadən bildirir ki, körpələrin ana bətnində abort edilməsindən danışan millət vəkili bu bəlanın tarixi köklərindən söz açıb, həm dini baxımdan, həm də tibbi cəhətdən bunun insan üçün zərərli olduğunu qeyd edib. Dünyanın müxtəlif ölkələrində həyata keçirilən abortların statistik göstəricilərinə diqqəti çəkən Gülər Əhmədovanın sözlərinə görə, Hollandiyada hər 100 qadından 5-6 nəfər, İngiltərədə 10-15, Rusiyada 65-70, Azərbaycanda isə 70-80 nəfərin abort etdirdiyini bildirib:

Gülər Əhmədovanın sözlərinə görə, Azərbaycanda qız uşaqlarının abort edilməsi artıq ciddi məsələyə çevrilməkdədir. Belə ki, yeni doğulmuş oğlan uşaqlarının sayı qızların sayından 10-13% çoxdur. Və bu gün Azərbaycanı 20 ildən sonrakı gələcək vəziyyəti çox düşündürür. Hətta bir çox mütəxəssislər bu məsələnin Azərbaycan parlamentində ciddi şəkildə qaldırılması və qanunla qadağan edilməsi barədə düşünür: "Təsəvvür edin ki, keçən il Azərbaycanda 26 800 körpə ana bətnində öldürüldü ki, bunun da 70-80%-i qız uşağıdır".

Bu gün abort sənayesindəki qazancın milyonlarla dollar məbləğində ölçüldüyünü bildirən millət vəkilinin sözlərinə görə, tərkibində kollagen və amniotik maddə olan bütün kosmetik maddələr (losyon, parfüm və s.) məhz həmin körpələrin doğranmış hüceyrələridir.

Kosta-Rikadan rəsmi səfərdən qayıdan Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə bu gün ölkəmizdə anemiya çatışmazlığı və digər xəstəliklər olduğunu və bunun da genefondun zəifləməsinə gətirib çıxaracağını deyib.: "Çin kimi möhtəşəm dövlət insanların 7-8 santimetrə qədər boy artımına nail olub. Azərbaycanda bu gün çəkinin, boyun azalması prossesi gedir. Bu, cəmiyyətdə hiss olunur".

 

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 735
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri