Qeysəriyyə əməliyyatı - Ginekoloq Sevinc Qehremanova

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 9 135
Səs ver:
(səs: 1)
http://imgs.su/tmp/1319008240-656.jpg

Həyat ildırım sürətilə dəyişir. Elm bir yerdə dayanmayıb daim inkişafdadır. Elmi-texniki tərəqqi sayəsində biz bir çox əvvəllər mövcud olmuş problemləri, xəstəlikləri unutmuşuq. Ətrafımızda çox böyük dəyişikliklər baş verməkdədir. Amma ən əsası dəyişməz qalır - biz sevməkdə, ümid etməkdə, nəsil artırmaqda, uşaq tərbiyə etməkdə davam edirik ...Bizim üçün bu dünyada uşağın dünyaya gəlməsi ən təəccüblü, qəribə və vacib hadisə olaraq qalacaq.

Hamiləlik - bu, xəstəlik deyil, bəzi həkimlərin fikrinin əksinə olaraq. Lakin buna baxmayaraq, həyatın bu dövrü qadın orqanizminə əlavə tələblər qoyur, hansılar ki, bu periodu daha həssas edir. Doğum prosesi də xəstəlik deyil, adi fizioloji prosesdir, uşağın dünyaya gəlməsi ilə nəticələnir. Amma o, orqanizm üçün böyük stress hesab olunur və bəzən həm anaya, həm də uşağa tibbi yardım tələb edir.

Həkimlər arasında ən düzgün, təhlükəsiz və ağrısız doğuş üsulu haqqında ümumi fikir yoxdur, xüsusilə sağlam və hamiləliyi normal keçən qadınlarda.

http://imgs.su/tmp/1319007672-656.jpg

Qeysəriyyə əməliyyatı nədir? Onun üstünlükləri və riski...
Qeysəriyyə əməliyyatı cərrahi operasiya olub, uşağın ana qarnından çıxarılma üsulu ilə dünyaya gəlməsi üsuludur. Bu üsulun ancaq o halda elmi əsası var - nə zaman ki, ana özü təbii doğuş yolları ilə uşağı azad edə bilmir.
Kesar cərrahi əməliyyat olsa da, bəzi hallarda doğuşun təbii yolla getməsindən üstün hesab edilir. Amma heç zaman unutmayın, ümumilikdə götürdükdə, təbii doğuş həm ana, həm də uşaq üçün ən təhlükəsiz üsul olaraq qalır. Hətta ana əvvəl bir və ya bir neçə Kesar əməliyyatı keçiribsə də.
İlk baxışdan Kesar əməliyyatı uşaq azad olmasının tez və asan üsuludur. Digər cərrahi əməliyyatlarla müqayisədə o, daha təhlükəsizdir. Kesar üsulu ilə doğuş təbii doğuşdan bir qədər asan, tez və dəqiq proqnozludur. Operasiya narkoz altında aparıldığından ağrısızdır. Həmçinin həkim doğuşu bu üsulla həyata keçirəndə daha çox əmək haqqı alır. Bütün bunlar Kesar əməliyyatını daha cəlbedici edir, həm qadınlar, həm də həkimlər (akuşer-ginekoloqlar) üçün.
Daha dəqiq və qərəzsiz elmi araşdırma Kesar əməliyyatlarının bir çox böyük çatışmazlıqlarını aşkara çıxarır. Ona görə də bu operasiya o zaman məsləhət görülür ki, təbii doğuş təhlükəli və ya bəzi tibbi göstərişlər baxımından mümkün deyil. Kesar əməliyyatı anesteziya (narkoz), infeksion və qanaxma (qanitirmə) kimi ciddi problemlər riskini yüksəldir. Uzunmüddətli hospitalizasiyaya ehtiyac yaranır. Əməliyyatdan təxminən bir həftə sonra ağrılar hiss olunur, halsızlıq meydana çıxır. Bütün bunlar isə uşağa qulluğu çətinləşirdirir, daha çox antibiotik, ağrikəsici tələb olunur. Qanköçürmə ehtimalı yarana bilər. Düzdür, yuxaridakı mənfi hallar təbii doğuş zamanı da mümkündür, ancaq Kesar operasiyası zamanı daha tez-tez müşahidə olunur. İşə çıxmaq və ev işlərini görə bilmək daha uzun müddətə mümkün olur.

 

http://imgs.su/tmp/1319007736-656.jpg

 

Təbii doğuşla müqayisədə maliyyə xərcləri daha çox olur.
Kesar əməliyyatı ilə doğulan uşaqlarda tənəffüs və bədən hərarətinin tənzimlənməsi ilə bağlı tez-tez problemlərə rast gəlinir. Bu problemlər sancılar başlamamış Kesar olunan qadınların uşaqlarında xüsusilə çox müşahidə olunur. Bu risklər hətta çətin və daha uzunmüddətli doğuş prosesinə məruz qalan uşaqlarda Kesarla doğulanlardan az olur. Qərar qəbul edərkən siz və həkiminiz bütün çatışmazlıqları və üstünlükləri müqayisə etməli, yüz ölçüb bir biçməlisiniz. Tibbdə Kesar əməliyyatına konkret göstərişlər və əks göstərişlər var. Onlar daha çox spesifik, ginekoloqlar üçün olduğundan, onları sadalamağı lüzum bilmirik. Kesar əməliyyatına göstəriş riskləri o vaxt üstələyir ki, doğuş təbii yollarla mümkün deyil və ya ana və doğulacaq uşağın həyatı üçün təhlükəlidir!

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 9 135
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri