Günəş, ətir və krem allergiyasını gücləndirir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 581
Səs ver:
(səs: 0)
Yay günəşində ətir, krem, odekolon və digər kosmetik vasitələrin istifadəsi dəridə allergik reaksiyaya yol aça bilir. Yaxşı, hansı dəri tipləri allergiyaya daha həssasdır?

Yay aylarında günəş şüalarının təsiriylə kimyəvi maddələr, qəbul edilə bəzi dərmanlr, odekolon və ətir istifadəsi, kosmetik vasitələr hətta dəriyə dəyən bəzi bitkilər belə allergik reaksiyaya səbəb ola bilir. Məsələn, əncir ağacının yarpağıyla təmas edib günəşə çıxınca allergik reaksiya və ləkələnmələr ortaya çıxa bilir. Eyni şəkildə hormonal dərmanlar da dəridə ləkələr yaradır.

Acıbadem Bakırköy Xəstəxanası Dəri Xəstəlikləri Mütəxəssisi Dr. Belma Bayraktar, yayda çox rast gəlinən allergik vəziyyətləri və müalicələri haqqında bu məlumatları verir:

Yayda çox rastlanan allergiyalar
- İstilərin təsiriylə yaranan həddindən artıq tərləmə, tər bezləri hələ inkişaf etməmiş uşaqlarda istilik inkişafına səbəb ola bilir.
- Yayda ən çox da göbələk infeksiyalarında artım görürük. Çünki göbələk nəmli mühitdə inkişaf edir.
- Həddindən artıq və qorunmasız günəşə məruz qalanlarda birinci və ikinci dərəcə günəş yanıqları meydana gəlir. Bunun nəticəsində ləkə də qala bilir.

Dəri allergiyalarının müalicəsində nələr edilir?
Əvvəlcə sübut edilmiş alergik tərəflərdən çəkinmək əhəmiyyətlidir. Dəri allergiyalarının müalicəsində kortizonlu krem-losyonlar, qəbul edilən allergiya həbləri (antihistaminiklər), irəli vəziyyətlərdə sistemik kortizonlar istifadə edilir. Nəmləndiricilər də köməkçi müalicədə rol alır.

Ətir istifadə etmək, günəş məhsulları, bədən losyonları və bədən spreyləri də allergiyanı artırar?
İnsanın istifadə edilən krem, losyon, ətir məzmunundakı hər hansı bir maddəyə allergiyası varsa günəşlə ya da günəşsiz allergiya inkişaf edə bilir. Lakin günəş damarlarda genişləmə etdiyi üçün mövcudalergiyanın təsiri daha güclü olur.

İsti suyla, ilıq suyla yoxsa soyuq suyla duş alınmalıdır?
Suyun istiliyi bədənin dözə biləcəyi bir istilik dərəcəsində olmalıdır, çox isti-soyuq suyla yuyunulması uyğun deyil.

Günəş məhsulları da allergiya yaradar? Nə qədər istifadə edilməlidir?
Günəş məhsulları tərkibindəki hər hansı bir məhsula insanın həssaslığı varsa allergiya yarada bilər. Bu allergiya tamamilə fərdidir. Günəş məhsullarını yay-qış açıq bölgələrimizə günəşə çıxmadan 20 dəqiqə əvvəl, bir təbəqə şəklində, hər yerə bərabər olaraq sürtüməlidir, 3-4 saat aralığında yeniləməliyik. Bununla da kifayətlənməməli şapka, eynək taxmalı, üzərimizə açıq rəngdə paltar geyərək qorunmalıyıq. Bu vaxt günəşin oksidatif stressindən qorunmaq üçün bol tərəvəz-meyvə qəbul etməliyik, maye alınımını artırmalıyıq. Beta karotenin də günəş qoruma xüsusiyyəti vardır, siqaret çəkməyənlər həblərindən istifadə edə bilər. Həm də kök, ərik,balqabağ, qovun, yumurtanın sarısında da beta karoten bol miqdar
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 581
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri