Dişlərə düzgün qulluq nədən başlayır

Müəllif: Zeynuş
Şərhlər: 5
Baxılıb: 7 023
Səs ver:
(səs: 2)
Yeməkdən dərhal sonra dişləri fırçalamaq məsləhət deyil. Çünki bu zaman qidadakı maddələr ağızda dağılır və dişlərin zəifləməsinə yol açır. Fırçalama prosesinə yeməkdən bir saat sonra başlamaq məsləhətdir.

Diş məcunu suda isladılmamalıdır. Çünki bu zaman məcun təsirini itirir. Məcundan ləbləbi dənəsi miqdarında istifadə etmək lazımdır.
Bəziləri dişləri nə qədər çox və sərt fırçalasalar, bir o qədər çox bakteriyanın məhv ediləcəyinə inanır. Ancaq bu belə deyil. Aparılan araşdırmalar dişlərin gündə ən azı iki dəfə iki dəqiqə müddətində fırçalanmasının məsləhət olduğunu göstərir. İdeal təmizlik üçün isə diş sapından istifadə etmək olar.

Siqaret, çay və qəhvədən çox istifadə edənlər isə dişləri ilə bərabər ağızdan pis qoxu gəlməsinin qarşısını almaq üçün dillərini də yumalıdırlar.
Təbii diş təmizləyicisi hesab edilən almadan əlavə, yemək aralarında yerkökü, partlamış qarğıdalı yemək dişləri təmiz saxlayır.

Səhərlər diş fırçalamazdan əvvəl alma sirkəsi ilə qarqara edin. Çünki sirkə dişdəki ləkələrin yox olmasına, dişlərin ağarmasına və diş ətindəki mikrobların məhv olmasına səbəb olur.

Şokolad dişə o qədər də böyük ziyan vurmur. Dişin əsas düşməni başqa şirniyyatlardır. Bundan əlavə meyvə şirələrinin tərkibindəki turşular da dişlərin vaxtından əvvəl məhv olmasına yol açır.

Əgər meyvə şirəsi, şirniyyat, karamel kimi qidalar qəbul etmisinizsə, yeməyi ayran, pendir kimi ağartı məhsulları ilə yekunlaşdırın. Çünki onlar turşuların zərərli təsirlərinin qarşısını almaq qabiliyyətindədirlər. Pendir və ayran dişlər üçün müdafiə qalxanı yaradır.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 7 023
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri