İnsan orqanizmində kalsiumun rolu

Müəllif: Zeynuş
Şərhlər: 6
Baxılıb: 8 883
Səs ver:
(səs: 2)
Kalsium (Ca) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 20-ci element. Kalsium təbiətdə bərk, gümüşü ağ metal şəklində olur.İnsan orqanizmində ən çox mövcud olan mineral kalsiumdur.
Kalsium orqanizmdəki sümükləri meydana gətirən və onları möhkəmləndirən önəmli bir elementdir. İnsan orqanizmində mövcud olan kalsiumun 99%-ni sümüklərimiz və dişlərimiz təşkil edir qalan 1% isə qan laxtalanması, sinir sisteminin bərpası və ürək döyüntülərini tənzimləyən yumşaq toxumalarda və qanda yerləşir. Kalsium sinir sisteminin normal işləməsini təmin edir sümük əriməsinin qarşısını alır. Təəssüflər ki, bu gün kalsium çatışmazlığı öndə gələn problemlərdən biridir.

Kalsium çatışmazlığı:
Əzələ və oynaq ağrıları
Sümük əriməsi
Yuxu problemləri

Dişdə çürüklər və diş əti xəstəlikləri kimi problemlərə səbəb olur.
Gündəlik kalsium miqdarı yaş fərqinə görə dəyişir və orta miqdar 800-1200 mg arasıdır. Ümumiyyətlə gündəlik kalsium miqdarı 1500 mg-dən artıq olmamalıdır. Çünki təcrübələr göstərir ki, artıq kalsium böyrəklərdə daş əmələ gətirir.

Kalsiumla zəngin olan qida məhsulları əsasən süd, pendir, kəsmik kimi qidalarla yanaşı həmçinin soya, fıstıq, qoz, badam, kələm, balıq və. s
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 8 883
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri