QERX nədir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 371
Səs ver:
(səs: 1)
Biz yemək yeyən zaman mədəmiz turşu ifraz edir.  İfraz edilən turşunun rolu mədəyə daxil olan qidanı həzm etməkdir. Təsəvvür edin ki, onun aqressivliyi avtomobil akkumulyatorlarında olan turşu ilə müqayisə edilə bilər.  Amma mədəmiz elə qurulmuşdur ki, belə aqressiv turşu ilə təmasdan zədələnmir. Amma qida borusu mədə turşusu ilə təmasda olmağa hazır deyil və onun təsirindən zədələnə bilir.

Normada qida borusunun mədəyə keçdiyi yerdə qapaq mexanizmi mövcud olur və qida mədəyə daxil olan bu qapaq açılır, mədə dolu olan zaman isə qapanaraq qidanın və mədə mötəviyyatının geri qayıtmasına imkan vermir. Bu qapağa aşağı ezofagial sfinkterdə (qida borusu və mədəni ayıran qapaq) deyilir. Qapaq mexanizminin yetərsizliyi  hallarda mədənin turş möhtəviyyatı qida boruna keçir və onu zədələyərək iltihab törədir.

Odur ki, mədə mötəviyyatının qida borusuna geri qayıtması və onu zədələməsi Qastroezofageal Reflüks Xəstəliyi (QERX) adlanır.

QERX-in Səbəblər

Qida borusu və mədəni ayıran qapağı təşkil edən əzələlərin tonusdan düşməsi və ya mədə daxilində təzyiqin artması mədə möhtəviyyatının geriyə - qida borusuna qayıtmasına səbəb olur.  Sfinkter (qapaq) əzələlərinin tonusdan düşməsinə aşağıdakı faktorlar təsir edə bilər:

- Hamiləlik
- Saya əzələ relaksantları adlanan dərmanların qəbulu (theophylline, kalsium kanalının blokatorları, Diazepam və s.)
- Nikotin
- Spirtli içkilər
- Kofe
- Şokalad
- Nanə
- Yağlı qidalar

Mədədə təzyiqin artmasına təsir edən faktorlar:
- Mədənin dolu olması
- Köklük
- Önə əyilmək
- Arxası üstə uzanmaq
- Ağır yük qaldırmaq
- Hamiləlik
- Nəzarət edilməyən obstrktiv agciyər xəstəlikləri

QERX-in əlamətləri
- Döş sümüyünün arxasında yanğı hissi
- Udmanın çətinləşməsi
- Ağızda turş dad
- Bəzən ağızda turş dadalı suyun yığılması
- Döş sümüyünün arxasında ağrı
- Uzanan zaman töyşümə və ya öskürmə
- Yatan zaman tənəffüsün çətinləşməsi

QERX diaqnozu necə qoyulur
- Yuxarıda sadalanan şikayətləin olmasl ilkin diaqnozun qoyulması üçün əsas verir
- Həkim sizə endoskopiya təklif edə bilər. Bununla həkim qida borusunda zədələnmənin olub-olmamasını müəyyən etmək istəyir.
- Sizə bəzi klinikalarda qida borusunda pH-ın (turşuluq səviyyəsinin) 24 saat monitorinqini təklif edilə bilərlər. Qida borusunun pH monitorinqi burundan qida borusuna ucunda pH-metr olan zond daxil etməklə və ya  qida borusuna bir həb böyüklüyündə monitorun qoyulması ilə ölçülür. Qoyulmuş monitor ilk qida qəbulndan sonra mədəyə düşərək bağırsaqdan xaric olur.
- Barium vasitəsilə ezafoqram digər bir müayinə üsulu ola bilər. Bu zaman siz barium içəcəksiniz və həkim rentgen vasitəsilə qida borusunun vəziyyətini, qida borusuna mədədən reflüksun olub-olmamasını, mədənin ölçüsünü təyin edə bilər.

QERX-in müalicəsi necədir?

QERX-in müalicəsində ilkin tatika konservativ müalicədir. Həkimlər ilk növbədə sizə bir çox zərərli vərdişləri tərgitməyi və yaşam üslubunuzda dəyişiklik etməyi tövsiyyə edəcək. Bunlara aşağıdakılar aid ola bilər:
- Köklüyünüz varsa çəkinizin azaldılmasına çalışmalısınız
- Siqaret çəkirsinizsə onu atmalısınız
- Yeməyinizdə aşağıda adı çəkilən qidalardan çəkinməyiniz məsləhət görüləcək: sitrus meyvələri, pomidor, istiotlu qidalar, kafeinləşdirilmiş içkilər (enerji içkiləri adlandırılan içkilər), karbonlaşdırılmış sular, yağlı qidalar, şokalad, nanə, spirtli içkilər, nikotin
- Az az porsiyalarla tez tez ymək məsləhət oluna bilər
- Yatmazdan 2-3 saat öncə yemək və içməkdən imtina etməlisiniz
- Axşamlar yatağınızın başını qaldırmanız məsləhətdir
- Ağır yük daşımaqdan çəkinin

QERX-in konservativ müalicəsində yaşam üslübunda dəyişikliklə yanaşı dərman maddələrinin qəbulu da məsləhət görülür. Bu dərmanlara antiasid, yəni mədənin turşu ifrazını azaldan və ya onu neytrallşdıran dərmanlar aid edilir.  Bununla yanaşı, mədədən qidanın evakuasiyasını sürətləndirən dərmanlar da tövsiyyə edilə bilər.

QERX-in uzun zaman kəsiyində aparılan konservativ müalicəsi mümkün olmusa cərrahi əməliyyat məsləhət görülür. Bu gün geniş istifadə olunan əməliyyat növü Nissen üsulu ilə Fundoplikasiya adlanır. Fundoplikasiya əməliyyatı açıq və laparoskopik yolla həyata keçirilə bilər. Son zamanlar laparoskopik fundoplikasiya QERX xəstələri üçün standart əməliyyat hesab edilir.

Fundoplikasiya zamanı qida borusunun distal hissəsi, yəni mədəyə keçən hissəsi tam sərbəstləşdirilir və mədənin dibi qida borusunun arxasından soldan sağa keçirilək qida borusunun önundə manjet formalaşdırılır. Bu manjet qida borusu və mədə arasında olan qapaq mexanizmini bərpa etmiş olur və xəstənin şikayətlərini aradan qaldırır.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 371
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri