Payız fəslində xəstəliklərin qarşısını almaq və immuniteti gücləndirmək

Müəllif: Antikvar
Şərhlər:
Baxılıb: 2737
Paylaş:
Səs ver:
(səs: 1)
Havaların qəfil soyuması özünü xroniki xəstəlikləri olan insanlarda daha tez birzə verir, eləcə də bəzi mövsümi xəstəliklər baş qaldırır. Nəzərə alsaq ki, payızın başlamasına az qalıb və qarşıda bizi bundan da soyuq havalar gözləyir, o zaman mütləq şəkildə özümüzü havanın şıltaqlığından qorumalı və sağlamlığımızın qeydinə qalmalıyıq.

Fəsil dəyişən zaman insan orqanizmində immunitet zəifliyi yaranır. Bu da, öz növbəsində, qrip, bronxit, astma, soyuqdəymə kimi xəstəliklərin yaranmasına səbəb olur. Payızda insan özünü yorğun, halsız hiss edə, hətta bəzi hallarda yuxusuzluq, iştahasızlıq müşahidə oluna bilər. Payız ayları, eyni zamanda, əsasən, xroniki mədə-bağırsaq, arterial-gipetenzia, ürək xəstəliklərinin kəşkinləşdiyi dövr kimi sayılır.

Soyuq havanın özü ilə birlikdə gətirdiyi virus və xəstəliklərə yoluxmamaq üçün isə bir sıra qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.

Bu fəsildə xəstəliklərin qarşısını almaq və immuniteti gücləndirmək üçün A və C vitaminləri ilə zəngin meyvə-tərəvəz yeməklə yanaşı, süd, qatıq kimi məhsullardan da istifadə etmək məsləhətdir. Əsasən, kök, portağal və mövsüm tərəvəzlərindən çox istifadə etmək lazımdır. Ən vacib olanı isə havaya uyğun geyim seçməkdir.

Rövşən Bağırov, terapevt: "Əgər bilirik ki, qrip var, o zaman uşaqlar baxçalarda, məktəblərdə, böyüklər isə iş yerlərində qorunmalıdırlar. Bunu müxtəlif tənzif və maskalar vasitəsi ilə etmək mümkündür. Xroniki xəstəliklərə gəldikdə isə onların profilaktikası fəsilin tələb etdiyi müalicə ilə bağlıdır".

Əgər görülən bütün qabaqlayıcı tədbirlərə baxmadan xroniki xəsətlik baş qaldırıb və ya qrip, bronxit, astma, soyuqdəymə kimi xəstəliklər yaranıbsa, o zaman gec olmadan həkimə müraciət etmək vacibdir.

Rövşən Bağırov: "Çox vaxt biz görürük ki, xəsətlər gecikmiş gəlir. Özləri evdə dədə-baba üsulu ilə müalicə aparmağa çalışırlar. Bunun nəticəsi olmayanda isə həkimə müraciət edirlər və artıq gec olur".

Havaların dəyişməsi uşaqlara və yaşlı insanlara daha çox təsir göstərdiyindən bu nəslin nümayəndələri daha diqqətli olmalı və bacardıqca qorunmalıdırlar".

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 2737
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook