Hansı xəstəliklər cinsi orqanlara təsir edir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 9 942
Səs ver:
(səs: 1)
Türkiyənin məşhur həkimlərindən biri, professor Halim Həttat ürəyə təsir edən hər bir problemin cinsi orqanlara da təsir etdiyini bildirir. Qadınlar.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, ürək-damar sisteminə mənfi təsir edən şəkər xəstəliyi, təzyiq, xolestrol kimi problemlər cinsiyyət orqanlarına gedən bölgədəki damarlara da təsirsiz ötüşmür.

Ona görə də bu xəstəliklərlə üzləşən kişilər parallel olaraq cinsi həyatlarında da problemlər yaşayırlar. Cinsi həvəsin azalması, təmin ola bilməmək kimi problemlər daha da artır.
Halim Hətta ürək xəstəliklərindən əziyyət çəkənlərin yataqda xoşbəxt ola biləmələri üçün aşağıdakı məsləhətlərə əməl etmələrini tövsiyə edir:

"Çox vaxt partnyorlardan biri infarkt keçirirsə, cütlük  cinsi əlaqədən qorxmağa başlayır. Demək olar ki, cinsi fəaliyyətlərini ümumiyyətlə dayandırırlar. Ancaq bu çox yanlış fikirdir. Çünki normalda infarkt keçirən insan müalicə olunduqdan 16 həftə sonra cinsi həyatına qaldığı yerdən davam edə bilər. Əgər sinənizdə ağrı, ürək döyüntünüzdə artış hiss etməsəniz 15-20 dəqiqə gəzə bilirsinizsə, deməli seksə hazırsınız".
Cinsi əlaqə zamanı ürək xəstəliyi olan şəxsin partnyoru bunu nəzərə almalı və ona uyğun olan pozanı seçməlidir.
Seks zamanı və ya seksdən sonra sinədə ağrı, 15 dəqiqədən çox davam edən ürək döyüntüləri müşahidə olunduqda mütləq həkimə müraciət etmək lazımdır.
Yadda saxlamaq lazımdır ki, sağlam seks həyatı ürək-damar xəstəlikləri üçün faydalıdır. Ona görə də xəstəliklərdən qorxub seksdən vaz keçmək lazım deyil.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 9 942
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri