Ebola virusu. Qorxmaq lazımdırmı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 183
Səs ver:
(səs: 0)
İlk dəfə bu virus 1976-cı ilində Afrika ölkələrində qeyd olunub. Virusun adı Ebola çayı sahillərində yaşayan insanlar arasında tapılması ilə bağlıdır.

Ebola virisu tropik meşələrin yanında yerləşən Afrika ölkələrində yayılır.

Hal hazırda bu virusun növbəti canlanması Afrikada qeyd olunub. Artıq virus 1 min insanın həyatına son qoyub. Virusun yayılması davam edir. Hal hazırda virus Qvineya, Syerra-Lione və Liberiya ölkələrində şiddət edir.

Ümumdünya Səhiyyə təşkilatı virusla ciddi mübarizə edir - Afrikaya mütəxəssislər, dərmanlar, humanitar yardım və s. göndərilir.

Virus insanlara vəhşi heyvanlardan (adətən donuzlardan, meymunlardan, yarasalardan) onların qanı, orqanları, ifrazatları ilə təmasda olduqda keçir və daha sonra insanlar arasında yayılır.

Sağlam insanın selikli qişalarına və zədələnmiş dəriyə xəstənin qanı, ifrazatları, tüpürcəyi, sperması düşdükdə virus, demək olar, 100% hallarda insandan insana keçir. Xoşbəxtlikdən virus hava-damcı yolu ilə keçmir. Əks halda bu virus bütün dünyaya yayılıb minlərlə insanların ölümünə səbəb olardı.

Ebola virusuna tutulmuş insanların 90%-i məhv olur.

Ebola virusun heç bir xüsusi müalicəsi yoxdur, yalnız simptomatik müalicə mümkündür - hərarətsalan preparatlar, qanaxmanı dayandıran, orqanizmdə mayeni bərpa edən vasitələr və s. Hal hazırda müxtəlif ölkələrdə bu xəstəliyin vaksini üzərində elmi işlər aparılır. Lakin hazır təsirli vaksin hələ ki yoxdur.

Kəskin virus infeksiyası olan Ebola virusu yüksək hərarət (40 C kimi), zəiflik, əzələ ağrıları, baş və boğaz ağrlardan başlayır. Bir neçə gündən sonra xəstədə qusma, ishal, səpgilər, dəridə qabıq vermə, böyrək və qara ciyərin funksiyalarının pozulması, daxili və xarici qanaxmalar inkişaf edir. Qanda ağ qan hüceyrələrin və trombositlərin səviyyəsinin azalması, qara ciyər fermentlərin artması müşahidə olunur. Ölüm adətən xəstəliyin 2-ci həftəsində qanaxma və şok nəticəsində baş verir.

Virusun diaqnozu klinik simptomlar və labotrator analizlər əsasında qoyulur.

Virusun inkubasiya dövrü (yoluxmadan virusun simptomların əmələ gəlməsinə kimi keçən müddət) 2-21 gündür.

Beləliklə, əgər yaxın 1 ay ərzində nə siz, nə də sizin yaxınlarınız Afrika ölkələrində olmamısınızsa, Afrikadan gələn insanlarla təmasda deyilsinizsə, bu halda sizin Ebola virusuna yoluxma ehtimalınız sıfıra bərabərdir.
Sağlam olun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 183
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri