Sızanaqlar hansı xəstəliklərin carçısıdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 5 910
Səs ver:
(səs: 3)
1) Ağız ətrafında,burun kənarlarında,civzələr varsa bu bağırsağın həzm sisteminin şlaklarla dolu olmasına isarədir.Bu problemin öhdəsindən gəlmək üçün öz menyunuza yenidən nəzər salın.Şirin qazlı sudan,pirojnalardan,fasd-fud qidalardan imtina edin.Tərkibində sellüloza olan(yulaf lopası və ya kəpək rasionu daxil etmək olar) qidalara üstünlük verin.Yaxşı olar ki,üç gün bu qidalarla pəhriz saxlayasınız.Yeri gəlmişkən bəzən yağlı qida qalıqları mexaniki olaraq ağız ətrafını bloklaya bilər.Ona görə yeməkdən sonra dəsmal və ya nəm salfetka ilə dodaqlarınızı silməyi unutmayın.
 
2) Burnunda,alnında və ya Tzonasındaki civzələr stresin nişanəsidir.Əsəbi olanda orqanizm fəal olaraq adrenalin hormonu istehsal edir ki, oda öz növbəsində sebumani stimullaşdırır,Bunun öhdəsindən necə gəlmək olar?Birincisi,hər boş şeyə görə narahat olmayın.Gecələr sakitləşdirici,məsələn,minaçiçəyi,göyərçinotu,və ya bitki mənşəli sakitləşdirici çay için.İkincisi,yağlı dəri üçün,lasyondan və ya tonikdən istifadə edin.Kosmetik vasitə piy vəzlərinin işini tənzimləyir.
 
3) Çənədəki,boyunun və çənənin aşağı hissələrindəki sızanaq və zivzələr hormonal pozuntular barədə xəbər verir.Əyər belə"sızanaqlar" aybaşının ilk günündə peyda olursa,qorxulu heç nə yoxdur.Onu toniklə qurutmağın kifayətdir.Amma əgər onlar uzun müddət keçmirsə,ginekoloqa və ya endokrenoloqa müraciət etmək lazımdır.Bu,həm də sidik-cinsiyyət sistemində xəstəliklərin izi ola bilər.
 
4) Saç xətti üzrə yaranan sızanaqlar düzgün seçilməmiş vasitədən istifadə etdiyinizi göstərir.Dəriyə düşən mumlar,pamada,gel məsamələri tıxayır.Bu halda həmən vasitədən imtina edin,və ya çalışın ki,onlar alnına düşməsinlər.Saç düzmünü etdikdən sonra alnınızı təmizləyin.
 
5)Gözaltı səpkilər yorğunluğun və ya böyrəklərin işində pozuntuların əlamətidir.Səbəb nə olur olsun,yaxşı istirahət edin,mərsin çayı için.
 
ALLAH HƏR KƏSƏ ŞƏFA VERSİN
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 5 910
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri