Əsrin xəstəliyi ilə mübarizə yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 245
Səs ver:
(səs: 1)
XIX əsrdən sonra cəmiyyətlərdə həm sosial münasibətlər, həm də iş şəraiti sürətlə dəyişməyə başladı. Bu isə yorğunluğu əsrimizin ən çox yayılan və təhlükəli xəstəliklərindən birinə çevirdi.

Son illər aparılan araşdırmalar göstərir ki, dünyada 100 nəfərdən 55-i günün çox hissəsində özünü yorğun hiss edir. İngiltərə əhalisinin 38 faizi yorğunluqdan şikayətçidir. ABŞ-da aparılan araşdırmalar insanların özlərini yorğun hiss etməsindən ölkə iqtisadiyyatının hər il 43 milyard dollar itirdiyini ortaya çıxarıb.

Bütün bunları nəzərə alaraq yorğunluğun ən az xərçəng qədər təhlükəli bir xəstəlik olduğunu deyə bilərik. Düzdür, yorğunluq öldürmür, amma süründürür.

Türkiyənin tanınmış həkimlərindən Dr. İrfan Berber yorğunluq haqqında bilməli olduğumuz bütün məlumatları mətbuata açıqlayıb.

Həmin məlumatları sizinlə bölüşürük:

Yorğunluq nədir?

Yorğunluq insanın gündəlik fəaliyyətlərə başlamaq üçün özündə kifayət qədər güc və enerji tapmaması hissidir. Halsızlıq, gücsüzlük, sıxıntılı hiss etmək yorğunluğun əsas göstəriciləridir. Çox işlədikdən sonra yorulmaq təbiidir, yəni bu yorğunluq xəstəliyinə yaxalandığınız mənasını vermir. Ancaq 8 saat yuxu rejiminə əməl etməyinizə və gün ərzində fiziki və zehni güc tələb etməyən şəkildə işləməyinizə baxmayaraq, özünüzü yorğun hiss edirsinizsə, yoğrunluq xəstəsi ola bilərsiniz.

Fizioloji yorğunluq

Sağlam insanlarda stress, kifayət qədər istirahət etməmək, yuxu rejiminə əməl etməmək kimi hallarda, xüsusilə də yaşlı adamlarda fizioloji yorğunluq müşahidə oluna bilər.

Təbii yorğunluq

Bu tip yorğunluq bəzi xəstəliklərin ilk işarəti ola bilər. Müayinə ilə yorğunluğun hansı xəstəlikdən qaynaqlandığı tapılır və müalicə edilir. Həmin xəstəlik tam müalicə olunduqdan sonra yorğunluq hissi də keçib gedir.

Yorğunluğa hansı xəstəliklər səbəb ola bilər?

Qan xəstəlikləri: Qan çatışmazlığı və qan xərçəngləri, həmçinin ürək-damar problemləri, tənəffüs yolu xəstəlikləri, ağciyər xəstəlikləri, yorğunluğun ən böyük səbəbi ola bilər.

Həzm sistemindəki problemlər, böyrək çatışmazlığı, hormonlarla bağlı olan xəstəliklər, zob xəstəlikləri, şəkər xəstəliyi, nevroz, vitamin çatışmazlığı kimi problemlər də yorğunluq hissi yarada bilir.

Psixoloji yorğunluq

Yorğunluq hallarının 50 faizi bu tipə aid edilir. Depressiya ilə birlikdə insanı ələ keçirən hissdir. Hər yaşdakı insan bu yorğunluqla üzləşə bilər.

Xroniki yorğunluq sindromu

Əsrimizin ən çox yayılan xəstəliklərindən biridir. Bu yorğunluğun psixologiya və ya xəstəliklərlə heç bir əlaqəsi yoxdur.

Bu zaman xəstədə diqqətsizlik, gücsüzlük, süstlük müşahidə olunur. Əgər xəstədə yorğunluq vəziyyəti 6 aya yaxın davam edirsə, xroniki yorğunluq sindromundan şübhələnmək olar.

Yorğunluq nə vaxt təhlükəlidir?

Yorğunluq 1 həftədən uzun çəkirsə, sizə işlərinizdə maneə olursa, gün ərzində özünüzü çox pis hiss edirsinizsə, ən qısa zamanda həkimə müraciət etməlisiniz. Bəzi xərçəng növlərinin ilk işarəti yorğunluq ola bilir. Yorğunluq bədəndə hansısa problemin olduğunu göstərir. Həkimə müraciət edərək bunun nə olduğunu müəyyənləşdirmək və müalicə olunmaq lazımdır.

Fiziki tükənmişlik sindromu nədir?

Bu xəstəlikdən çoxlarının xəbəri yox idi. Aktrisa Məryəm Üzərli ilə insanlar bu xəstəlikdən xəbərdar oldular. Heç bir səbəb olmadan 6 ay və daha çox çəkən yorğunluq hissi, gündəlik fəaliyyətə maneə olan davamlı halsızlıq, istəksizlik, gücsüzlük fiziki tükənmişlik sindromu xəstəliyinə yaxalandığınızı göstərir.

Bu xəstəlik inkişaf etdikcə enerji itkisi, başqa xəstəliklərə daha tez yaxalanma, baş ağrıları, ürək bulanması, əzələ ağrıları, bel ağrıları, həzm problemləri, yuxu pozğunluğu, hətta qızdırma, üşümək hissi, boğaz ağrısı kimi hallar müşahidə olunmağa başlayır.

Tükənmişlik sindromunun iki növü daha var:

Psixoloji tükənmişlik sindromu

Bu zaman işıqlı yerlərdə qala bilməmə, işıqdan narahat olma, fikirləşmədə çətinlik çəkmək, depressiya, ümidsizlik, yaddaşsızlıq, əsəbi olma, aqressiya, görmə qabiliyyətində zəiflik, səbirsizlik, başqalarına qarşı hörmətsizlik etmək kimi hallar baş verir.

Zehni tükənmişlik sindromu

Belə insanlar yeməkdən və ya alış-verişdən doya bilmirlər. İşdən istefa edirlər, özlərinə və ətrafdakı insanlara qarşı neqativ davranışlar nümayiş etdirirlər. Yaddaşları pozulur, məsuliyyət hissi zəifləyir.

Kimlərin xroniki yorğunluğa yaxalanmaq riski çoxdur?

Xroniki yorğunluq sindromu aqressiv, hər şeyin ən yaxşısını əldə etməyə çalışan, tez əsəbiləşən, səbirsiz insanlarda daha çox görülür.

Həkimlər, idarəedici mövqedə olanlar və iqtisadiyyat sahəsində işləyənlərin yaxalanma riski daha çoxdur. Qadınlar kişilərdən daha çox risk altındadır.

Xroniki yorğunluqdan qurtulmaq üçün nə etməli?

Tətilə getmək, idmanla məşğul olmaq, üzmək, gündəlik istirahət saatlarını artırmaq bu xəstəliklə mübarizə etməyi asanlaşdırır. Ancaq mütləq həkim nəzarəti altında dərman və vitaminlərdən istifadə edilməlidir. Psixoterapiyanın da rolu önəmlidir.

Bunlardan əlavə qidalanma rejiminə də diqqət etmək lazımdır. Həddən artıq spirtli içki və siqaret də yoğrunluqdan əziyyət çəkməyə gətirib çıxarır. Qidalanma rejimi də yorğunluqla mübarizə üçün çox önəmli rol oynayır.

Ət və zülal tərkibli qidalardan az yemək dəmir və B12 vitaminin çatışmazlığına səbəb olur. Bu isə qan azlığı və yorğunluq ilə müşahidə olunur.

Çox yağ və karbohidrat qəbul edən insanlarda şəkər xəstəliyi və kökəlmə baş verdiyindən onların da yoğrunluqdan əziyyət çəkmələri labüddür.

Meyvə və tərəvəzdən çox istifadə etmədikdə bədəndə fol turşusu, C vitamini, potasium kimi vitamin və minerallar azalır. Bu da yorğunluq hissi yarada bilir.

Gün ərzində 2-3 fincandan artıq qəhvə və ya çay içənlər özlərini yorğun hiss edə bilərlər.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 245
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri