Dırnaq boyası xərçəng yaradır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 9 923
Səs ver:
(səs: 2)
Hər zaman diqqət mərkəzində olmağı sevən qadınların sevimli makiyaj aksesuarlarından biri də dırnaq boyasıdır. Lakin, onun orqanizmə nə dərəcədə zərərli olduğundan bir çox insanlar xəbərsizdirlər. dırnaq boyaları kimi dırnağa və dəriyə ziyan vuran ikinci bir amil yoxdur. Dırnaq üçün hava və su əhəmiyyətlidir, bu boyalar dırnağın normal inkişaf etməsinə imkan vermir.Dırnağın 20/100-si sudan ibarətdir və boyalar dırnaqları qurutmaqdan başqa heç bir işə yaramır:
"Daim istifadə olunan boya dırnaqları qurudur, rəngini dəyişir,dırnaqdan asılı olaraq ya çox kobudlaşdırır, ya da olduqca incəldir.
 
Asetonlar dırnaq və dırnaq köklərini zədələyir, dırnaqda və ətrafındakı dəridə quruluq əmələ gətirir. Hətta elə boyalar var ki, o boyaları dırnaqdan silmək çox çətin olur. Asetonla dırnaqları davamlı sürtmək dırnağa olduqca ziyanlıdır. Dırnaq boyaları təhlükəsiz görünür, amma boya sürtüldükdən sonra quruma ərəfəsində havaya buxarlanan toksinlər birbaşa insan orqanizminə daxil olur. Eyni zamanda boya dırnaqda quruduqdan sonra silinənə qədər dırnaq havasız qalır və mühitdə mikrobların yayılmasına da şərait yaranır"

Əl dırnaqlarının boyanma tarixi 1800-cü ildən başlanıb. Belə ki, o vaxtlar dırnaqları qırmızı ətirli yağla boyayıb və dəri ilə sürtüb parıldadırmışlar. 1900-cü ildə isə xanımlar dırnaqlarını balaca qayçılarla tutmağa başlayıb, müxtəlif kosmetik alətlərlə sürtüb təmizləyiblər. Dəvə tükündən hazırlanmış fırça ilə dırnaqları boyayıblar. Amma bu lak prototipi uzunmüddətli olmurdu və bir gündən sonra silinirdi. 1925-ci ildə dırnaqlar üçün şəffaf çəhrayı rəngli boyalar yaranıb. O dövrün dəbinə görə onlar dırnaqların yalnız orta hissəsinə çəkilib. Dırnaqların qırağı isə açıq qalıb. Dünyada ilk dəfə satışa çıxarılan lak flakonları kiçik dəmir qablarda bej rəngli kirşan formasında olub. Dırnağa çəkilmiş bu kirşanı sonradan xüsusi dəri parçası ilə parıldadıblar.
 
Dermatoloqlar xüsusən bildirir ki, dırnaq boyalarının istifadəsindən öncə dırnaq qoruyucu maye istifadə olunmalıdır. Boya çəkildikdən sonra dəridə qalan artıqlar asetonla təmizlənərsə, dırnaq tamamilə quruduqdan sonra əllər yuyulub nəmləndirilməlidir. Dırnaq xəstəliklərinə yoluxma və ondan müalicə ilə qurtulma əziyyətli bir proses olduğu üçün mümkün qədər bu xəstəliklərə yoluxmamaq lazımdır: "Sağlam dırnaqlara və dəriyə sahib olmaq üçün dırnaqlar qısa kəsilməli, təmiz saxlanılmalıdır. Başqalarının istifadə etdiyi boyalardan, fırçalardan, pambıqlardan, manikür alətlərindən istifadə olunmamalıdır. Qidalanmaya diqqət yetirilməlidir. Mümkün qədər tünd rənglərdən qaçmaq lazımdır. Ən yaxşısı isə dırnaq boyalarını sadəcə xüsusi günlərdə istifadə etməkdir".
 
Qeyd edək ki, dırnaq boyaları bir sıra xəstəlikləri də şiddətləndirə bilər. Boya tərkibində olan kimyəvi maddələr sinirləri qıcıqlandırır, endokrin sistemində pozğunluqlar yaradır, ciyərlərə və beyinə təsirsiz də ötüşmür.Həmçinin dırnaq boyasının tərkibində insanın ölümünə səbəb olan maddələr mövcuddur. Avropada istifadəsi qadağan edilən formaldehit, butil ftalat (BDP) maddələri xərçəng yaradan ən təhlükəli maddələrdən biridir. 
Onlar xərçəng hüceyrələrinin inkişafını nəzərə çarpacaq dərəcədə sürətləndirir, eyni zamanda astma və ağciyər xəstəliklərinə də yol açır.
(səs: 2)
Şərhlər: 12
Baxılıb: 9 923
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri