Təbabətdə inqilab sayılacaq yenilik

Müəllif: Ayşə_gül
Şərhlər: 8
Baxılıb: 2 683
Səs ver:
(səs: 0)
Mütəxəssislər adətən deyirlər ki, ağ ciyər xərçəngini ilkin mərhələdə aşkar etmək mümkün olsa, onu müalicə etmək effektivliyi də 90 % çox olur. İngiltərəli alimlərin sayəsində vəziyyət xeyli dəyişib. İndi onkoloji xəstəliyi ağız və burun seliyindən də müəyyən etmək mümkündür.
 
İngiltərəli mütəxəssislər ağır xəstəliyin selikli qişalarda etdiyi dəyişiklikləri aşkar ediblər. Həmin dəyişikliklər xəstəliyin ilkin mərhələsində baş verir. Heç xəstənin ağlına gəlmədiyi bir zamanda.

Sən demə, onkoloji xəstəliyə yoluxan insanların ağız və burun selikləri ultrabənövşəyi şüaların altında sağlam insanlarla müqayisədə tamam başqa rəngə çalır.

Alimlər həm də müəyyən ediblər ki, onkoloji xəstəliyə yoluxmaq riski olan insanlarda da bu cür dəyişiklik olur. Bu isə o deməkdir ki, ağ ciyər xərçəngini əvvəlcədən müəyyən edərək qarşısını almaq mümkün olacaq.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 683
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri