Beynimizi dəyişən smartfonlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 400
Səs ver:
(səs: 3)
Hər gün sensor ekranlı telefonlardan istifadə edən insanların beynində daha iri və güclü somatosensor qabıq - barmaqlara nəzarət edən sahə - var.

Mütəxəssislər hesab edirlər ki, insan smartfonun sensor ekranına nə qədər çox toxunarsa, beynin bu hissəsi və əl arasındakı əlaqə də bir elə güclənir.

Mobil telefonlardan istifadənin təsirini öyrənən tədqiqata başçılıq edən nevroloq həkim Arko Qoşsmartfonlardan asılılığın beynin şəraitə uyğunlaşması imkanını nümayiş etdirdiyini deyib.

Beynin müxtəlif yeni situasiyalara alışması imkanları alimlərə çoxdan bəllidir. Yalnız bu dəyişikliklər heç də həmişə özündə yaxşı təkamülün izlərini daşımır, əksinə, bəzən xoşagəlməz və ağrılı simptomların, məsələn, xroniki ağrıların yaranmasına və ya hərəkətin pozulmasına gətirib çıxarır.

İsveçrədəki Sürix Universitetinin əməkdaşı olan Qoş deyir:
"Hesab edirəm ki, fərdi rəqəmsal qadcetlərin yayılma dərəcəsi, insanların onlardan istifadə etmə sürəyini öyrənməyimiz vacibdir. Gündəlik həyatımızda istifadə etdiyimiz rəqəmsal texnologiyalar insan beynində sensor prosessinq formalaşdırır".

Smartfonlar insanları əllərini bütün təkamül boyu heç vaxt etmədikləri tərzdə istifadə etməyə vadar edir və bunun sağlamlığa nə cür təsir edəcəyini alimlər ortaya çıxarmağa çalışırlar.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 2 400
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri