Siqaret çəkirsiniz?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 6 433
Səs ver:
(səs: 2)
Siz hələ də siqaret çəkirsiniz? Artıq hamı siqaretin nə qədər zərərli olduğunu bilir. Tütünün ziyanli olduğunu eşitməyən, bilməyən qalmadı. Ancaq, siqaretin zərərləri bununla bitmir, hər cür ürək və ağciyər xəstəliyinə yol açır, damar tıxanıqlıgı hətta iflicə qədər apara bilir.

Ilk nəfəs və sonrasi:
- Siqaret chəkdiyiniz anda, orqanizminizə mənfi təsir etməyə başlayır. Nəbziniz yüksəlir, daha sürətli nəfəs alıb verməyə başlayırsınız. Qan dövranınız yavaşlayır. Siqaretin içində təxminən 3.700 zəhərli maddələr vardır. Bunların böyük miqdarı kanserogen maddələridir. Ən zərərliləri də karbon monoksi (CO), hidrogen siyanid (HCn) ve amonyakdır (NH4) və bu zəhərli kimyəvi maddələr, bir nəfəs siqaretlə qan dövranımıza qarışır. Bunun nəticəsində, astma, ciyər yanğısı, döş qəfəsində ağrılar başlar. Daha tez-tez nəbzli, qrip və soyuqdəymə keçirməyə başlarsınız. Hər 13 saniyədə bir insan, siqaretə bağlı bir xəstəlikdən heyatını itirməkdədir. Hər il dünyada 2.500.000 insan siqaret üzündən heyatını itirməkdədir. Bu ölümlərin əsas səbəbi ağciyər xərçəngidir, ikinci əhəmiyyətli səbəb ürək xəstəlikləri və digər xərçəng növləridir. Insan vücudunda, elə bir üzv və orqan yoxdur ki, siqaretdə olan kimyəvi maddələrdən payını almasın. Vücudda qısa bir gəzinmə ile siqaret çəkən adamın orqanizminin ne halda olduğunu sizə göstərəcəm:

Baş və üz:
- Siqaret çəkəndə ağız xərçənginə yaxalanma riski çox yuksəkdir. Bundan başqa tütuün dumanı diş eti xəstəliklərinə yol açır, diş çürümesinə və nəfəsinizdən pis iy gəlməsinə səbəb olur. Beyinə gedən oksigende azalma olur, bu da beyin damarlarının daralmasına səbəb olur. Bu vəziyyət insanı iflicə qədər aparıb çixara bilir.

Ağciyər və Bronxlar:
- Tənəffüs burnunuzdan ve bronxlarinizdan keçən duman ağciyərlərnizə enir... Siqaret dumanındakı hidrogen siyanid, bronxlarnızın divarını yandırır və xroniki öskürək ortaya çıxır. Bronxlar zəiflədikcə, bu nahiyədə xeyli xəstəlik ortaya chixir. Siqaret çəkənlər çəkməyənlərlə müqayisədə on qat daha çox ağciyər xərçəngi olma riski daşıyırlar.

ÜrƏk:
- Siqaretin ürəyə verdiyi ziyanlar tək kəlimə ilə yıxıcıdır. Nikotin qan təzyiqini yüksəldir və qanın daha sürətlə laxtalanmasına səbəb olur. Siqaretdə olan karbon monoksidin qandakı oksigeni yox etməsi ilə damarlarda şəkər, xolestrol toplanır və bu da Miokart infarktı riskini artırır. Bundan başqa qan dövranı pozğunluğu ilə bağlı olaraq iflic, barmaqlarda qanqrena və gücsüzlük, siqaret çəkənlərdə çox sıx müşahidə edlən xəstəliklərdir.

Digər Orqanlar:
- Siqaretin həzm sisteminə xeyli çox pis tesiri müşahidə edilir.. Siqaret çəkməklə bağlı olaraq, mədədə xlorid turşusu ifrazı artır, mədə yanmaları və xora başlayir. Siqaret çəkənlərdə pankreas xərçəngi çox sıx ortaya çixir, böyük ölçüdə ölümle nəticələnir. Siqaretin içində olan kanserogen maddələri, sidiklə orqanizmdən atılır, ancaq bu maddələrin vücudda olması sidik kisəsi xərçənginə yol açır. Siqaret üzünden ortaya çixan yüksək qan təzyiqi isə böyrəklərə böyük ziyandır.

Nəticə:
- Siqaretin sağlamlıq üzərindəki ziyanı araşdırmalarla sübut edilmişdir. Bu araşdırmalara görə, siqaret çəkən kişilərin 40%-i hələ teqaüd yaşına gəlmədən həyatını itirməkdədir. Bu nisbət siqaret çəkməyənlərdə 18%-dir. Siqaret çəkən qadınlarda isə uşaqlıq (uterus) xərçəngi riski çoxalmaqdadır, hamilə qadınların siqaret çəkməsi isə şikəst və ölü doğumlarla nəticələnməkdədir. Bütün bunlara baxmayaraq siqareti tergitdiyiniz anda bədən özünü təmir etməyə başlayır. On il içində bədən heç siqaret çəkməmiş kimi olur. Ancaq siqareti tərgitmək üçün xərçəng və ya ürək xestesi olmağı gözləsəniz vücudunuzun özünü təmir etməsi üçün yetərli vaxtı olmayacaqdır. Təəssüf ki, bu xəstəliklər çox öldürücüdür. Siqareti tərgitmək üçün bundan daha yaxşı bir səbəb ola bilməz.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 6 433
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri