Qan azlığını aradan qaldıran qidalar hansılardır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 23 868
Səs ver:
(səs: 8)
Qan azlığı son zamanlar insanlar arasında çox rast gəlinir. Qan azlığı nəticəsində bir çox xəstəlik insan bədənində daha sürətlə yayılır. Sağlam yaşamağın ilkin şərti qan azlığını aradan qaldırmaqdır.

Qan azlığı xəstəlik deyil, sadəcə insanları narahat edən şikayətdir. Yer üzündə hər 3 insandan birində xroniki qan azlığı problemi var. Qan azlığı gənclər və qadınlar arasında daha çox yayılıb. Bunun ən böyük səbəbi isə doğuş zamanı qan itirmək və hər ay aybaşı olamaqdır. Qan azlığı düzgün və normal qidalanmamaqdan yaranır.

Qan azlığının işarələri
Xroniki yorğunluq və tez yorulma
Nəfəs darlığından şikayəti
Sinədə ağrılar
Dəmir əskikliyi ilə bağlı olaraq metabolizmada yavaşlama
Dodaqların qaralması və tündləşməsi
Əsəbilik və sinirli olmaq
Davamlı xroniki yuxusuzluq
Bənizin solğun olması
Qan azlığına yaxşı təsir edən qidalar

Qan azlığını aradan qaldırmaq üçün bədənin dəmir və C vitamini ehtiyacını qarşılayan qidalar son dərəcə vacibdir. Həmçinin tərəvəzlər, meyvələr, çiy tərəvəzlər, xüsusən də ispanaq, kərəviz, yulaf, doşab qan azlığına təsir.

Yaşıl sarımsaq çiy yeyildiyi zaman qanı çoxaldır. Digər tərəfdən isə B12, C vitamini və dəmirlə zəngin olan qidaları bol yemək lazımdır. Qara ciyər, bütün qırmızı ətlər, yumurta, pomidor, yaşıl tərəvələr, tərə, qurudulmuş meyvələr də qaz azlığına yaxşı təsir edir.

Bal sağlamlığa yaxşı təsir etdiyi kimi qan azlığına da təsir edir. Qırmızı rəng baxımından zəngin olan çiyələk, böyürtkən qara tut, qırmızı tut, qırmızı turp, qırmızı kələm də bu problemin həllinə yardım edir.
(səs: 8)
Şərhlər: 10
Baxılıb: 23 868
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri