Başgicəllənmənin səbəbləri

Müəllif: Wiyinka
Şərhlər: 25
Baxılıb: 2642
Paylaş:
Səs ver:
(səs: 6)
İnsanların əksəriyyəti bu halla tanışdır.

Başgicəllənməsi zamanı insanda onu əhatə edən əşyaların onun ətrafında fırlanması və ya öz bədənin fırlanması hissi yaranır. Buna tibbdə "həqiqi baçgicəllənmə" (vertiqo) deyilir. Bəzən insanlar digər simptomları hiss etdikdə (zəiflik, gözlərin qaralması, halsızlıq və s.) onları səhvən başgicəllənməsi kimi anlayırlar. Lakin bu belə deyil.

Həqiqi başgicəllənmə tez-tez təkrarlanırsa, bu bir sıra pozulma və xəstəliklərin əlaməti ola bilər. Bu halda mütləq həkimə müraciət etmək lazımdır. İlk növbədə terapevtin müayinəsindən keçin. Lazım olduqda terapevt xəstəni digər həkimlərin (LOR, nevropatoloq, nevroloq, ortoped və s.) müayinələrinə göndərə bilər.

Beləliklə, tez-tez təkrarlanan başgicəllənmə bu kimi hallarda meydana çıxa bilər:

- vestibulyar (bədənin müvazinətini nizama salan mərkəz) sinirlərin iltihabı,

- daxili qulağın iltihabı (eşitmə qabiliyyətinin azalması, qulaqdan hər hansı ifrazatların gəlməsi ilə müşayiət olunur),

- baş beyini şişləri (güclü baş ağrıları, ürəkbulanması, qusma ilə müşayiət olunur),

- miqren (baş ağrısı, ürəkbulanması, qusma, qulaqlarda küy və s. kimi simptomlarla müşayiət olunur),

- Menyer xəstəliyi (bu xəstəlik güclü başgicəllənmələri tutmaları, bir qulaqda eşitmə qabiliyyətinin azalması, ürəkbulanması, qusma ilə müşayiət olunur),

- baş və boyun travmaları (xüsusilə avtomobil qəzalardan sonra),

- boyun osteoxondrozu (başgicəllənməsindən əlavə xəstə boyun nahiyyəsində ağrılar və hərəkətliliyin pozulmasını hiss edir),

- beyin qan dövranı pozulması, insult. Bu halda başgicəllənməsi uzunsürən olur (hətta bir neçə gün ərzində davam edə bilər), xəstədə qollarda və ayaqlarda keyimə hissi, nitqin pozulması (xəstə hətta öz adını aydın deyə bilmir) və s. ağır simptomlar meydana çıxır. Dərhal "təcili yardım" çağırmaq və xəstəni xərəkdə xəstəxanaya çatdırmaq lazımdır.

Lakin onu da nəzərinizə çatdıraq ki, əksər hallarda həqiqi başgicəllənməsinin səbəbi travma və ya infeksiyanın nəticəsində insanın vestibulyar apparatında olan pozulmalardır. Belə başgicəllənmələri insanın həyatı üçün ciddi təhlükə yaratmır. Lakin insan daha diqqətli olmalıdır ki, başgicəllənməsi tutması zamanı yıxılmasın və travma almasın. Başgicəllənməsinin bu formasını nevropatoloqlar müalicə edir.

Hamiləlik zamanı qadın orqanizmində ciddi dəyşikliklər baş verir ki, bunun nəticəsində qadında tez-tez başgicəllənmələri ola bilər. Adətən bunun səbəbi hamilə qadınların qanında qlükozanın səviyyəsinin və ya qan təzyiqinin aşağı düşməsidir. Əgər başgicəllənməsi hamilə qadında tez-tez təkrarlanırsa, bu haqda mütləq qadına nəzarət edən ginekoloqa məlumat vermək lazımdır. Belə başgicəllənməsi fizioloji sayılır (yəni xəstəliyin simptomu sayılmır). Hamiləlik başa çatdıqda belə fizioloji başgicəllənməsi də artıq təkrarlanmır.

Hamiləlikdən əlavə fizioloji başgicəllənməsi bu kimi hallarda ola bilər:

- İnsan böyük auditoriya qarşısında çıxış etdikdə, qəfildən sevindikdə və ya əksinə kədərləndikdə, onun qanında adrenalin hormonu çoxalır ki, nəticədə başgicəllənməsi inkişaf edə bilər.

- Nəqliyyatda getdikdə (xüsusilə su nəqliyyatında), karuseldə yelləndikdə insan başğıcəllənməsi hiss edə bilər.

- Balanslaşdırmamış pəhrizlər də başgicəllənməsinə səbəb olur. Bu zaman insanın orqanizmi az miqdarda qlükoza alır ki, beyin "ac qalır" və bunun nəticəsində insanda başgicəllənməsi inkişaf edir.

- Çoxlu miqdarda siqaretlərin çəkilməsi, alkoqollu içkilərin və narkotiklərin qəbulu da başgicəllənmələrə səbəb ola bilər.

- Uzun müddət ərzində kompüterdə işləyən insanlarda da başgicəllənmələri tez-tez olur. Bundan əlavə bu qrup insanlarda baş ağrısı, ürəkbulanması, tez yorulma, zəiflik əmələ gəlir. Bu xoşagəlməz simptomlardan qurtulmaq üçün bu insanlar daha az vaxt kompüterdə işləməli, daha çox açıq havada olmalı, idmanla məşğul olmalıdırlar.

- Bəzi dərmanların qəbulu insanda başgicəllənməsinə səbəb ola bilər. Bu dərmanların arasında: allergiya əleyhinə preparatlar, bəzi antibiotiklər, güclü sakitləşdirici preparatlar və s. Əgər hər hansı preparatın qəbulundan sonra sizdə başgicəllənməsi əmələ gəlibsə, mütləq bu haqda öz müalicə həkiminizə məlumat verin.

loading...
(səs: 6)
Şərhlər: 25
Baxılıb: 2642
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
ece uslu
məndə tez tez olur
9 aprel 2015 20:44
25
Offline
SENSİZ
menimde qan azliqim var basim gicellenir
2 aprel 2015 22:25
24
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Offline
Luna-90
Gecikmem olanda basim gicellenir
2 aprel 2015 19:18
23
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
aliceWOnDer
bezen deshet olur eee
2 aprel 2015 17:48
22
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
Qlamurr
Qan təzyiqim aşağı olanda başgicəllənməsi ilə rastlaşıram,ən çox yerimə uzanan vaxtda,odur ki,yeməklərimə diqqət edib,balansı saxlıyıram.
2 aprel 2015 17:27
21
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Mrs.A
Yatib yerimden qefl duranda olur,,Birde xeste olanda.
2 aprel 2015 17:18
20
Acısı çox olan qizların guluşu gozel olur.!
Offline
my_angel
Ac olduğum zaman,bir də çox yatan zaman başgicəllənmə kimi problemlər yaşayıram. no
2 aprel 2015 17:17
19
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Offline
leyla_258
- Çoxlu miqdarda siqaretlərin çəkilməsi, alkoqollu içkilərin və narkotiklərin qəbulu da başgicəllənmələrə səbəb ola bilər.

- Çoxlu miqdarda siqaretlərin çəkilməsi, alkoqollu içkilərin və narkotiklərin qəbulu da başgicəllənmələrə səbəb ola bilər.
2 aprel 2015 16:48
18
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
Nergız33
Menimde tez tez başım gicelenir .qan azdığım var yeqin ondandı.
2 aprel 2015 16:07
17
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Offline
emis
mend eaxir vaxtlaar tez tez olur men bas agrisi bas gicellenmes nedi bilmirdim yeni hec basima gelmemisdi bele birsy ama son 2 aydi olurem bu prablemlerden.asagi eyilib nese goturmeye pesmanan basim agriyir hemde gicellenirem
2 aprel 2015 15:34
16
Offline
rəmsə
Indi bu deqiqe soyuq deyib usuyen hem basim gicellenir,hem de ureyim bulanir uyku
Hem de burda qeyd edildiyi kimi neqliyyatda gedende ve karusele minende de basim gicellenir Laie_23
2 aprel 2015 14:51
15
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
arzum-aysum
menim qanim asagi olanda olur
2 aprel 2015 14:40
14
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
Catwoman666
mende basgicelllenme kimi problemler olmur
2 aprel 2015 14:27
13
Viking
Offline
BARBI
Mende ac olduqda bur de tezyiqim asagi dusende bu hallar bas verir
2 aprel 2015 14:23
12
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
tatyana
mende hergun olan haldi((
2 aprel 2015 14:15
11
MENİ KİMSE AGLAR GÖRMEDİ -- AGLAMADIMMI??
AGLADIM HEMDE COXX AMMA MEN GÖZ YAŞLARIMI HER ZAMAN QELBİME AXITDIM,HAMIDAN GİZLİ,HAMIDAN XEBERSİZ.....
Offline
Nergizz
cox dermanla iwim yoxdu,bawimda tez tez agriyr,evveller hec dermansiz kecirdi indi yox,derman atam gerek, bawim gicellenmir ama beynim elebil yorgun olur,
2 aprel 2015 14:14
10
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Offline
Rama
məndə baş gicəllənməsi həatta 1 dəfə ürəkgetmədə olub.başım gicəlib.gözüm qaralıb.ürək bulanması və qulağımda dəhşət bir səs var idi.çox gümanki miqrendi
2 aprel 2015 13:53
9
Bir gulusu var..deyil varimi yoxumu...dunyani sataram...
Online
naxçıvan balası
Mendede olur baş gicelenmesi otururam qalxa bilmirem ,tezde keçir
Xeber üçün teşekürler
2 aprel 2015 13:45
8
Offline
lelos
Mendede tez tez olur qanim az olduqu ucun
2 aprel 2015 13:14
7
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
vipbetul
bas gicellenmem olmur
2 aprel 2015 13:09
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook