Ürəkbulanması bu xəstəliklərin əlaməti ola bilər

Müəllif: emis
Şərhlər: 14
Baxılıb: 4006
Paylaş:
Səs ver:
(səs: 3)
Ürəkbulanması bir çox müxtəlif xəstəliklərin və pozulmaların simptomu ola bilər. Bu xəstəliklər arasında:

- Qastrit və xora xəstəliyi zamanı ürəkbulanması xəstəni tez-tez narahat edir, qida qəbulundan sonra güclənir, qusma əmələ gələ bilər.

- Xolesistit (öd kisəsi iltihabı) zamanı ürəkbulanması qida qəbulu zamanı əmələ gəlir. Xəstə ağızda acı dad, qarının sağ tərəfində ağrı, qıcqırma hiss edir.

- Pankreatit (mədəaltı vəzi iltihabı) zamanı ürəkbulanması qida qəbulundan sonra əmələ gəlir. Digər simptomlar arasında: ağızda acı dad, köp, ishal, çəkinin azalması.

- Qaraciyər xəstəlikləri zamanı da ürəkbulanması ola bilər. Digər simptomları arasında: sağ qabırğaaltı nahiyyədə ağrılar, iştahasızlıq, qıcqırma, bəzən qusma, qarının köpməsi, yağlı qidaların qəbuluna dözümsüzlük, dərinin qaşınması,

- Appendisit zamanı ürəkbulanması qida qəbulu ilə bağlı olmur, ürəkbulanması qusmaya keçə bilər. Hərarətin artması müşahidə oluna bilər.

- Bağırsaq infeksiyaları, zəhərlənmə zamanı ürəkbulanması qida qəbulundan sonra artır, qusma inkişaf edir. Xəstə özünü halsız hiss edir, bəzən hərarət artır. Bir müddətdən sonra ishal başlaya bilər.

- Qurd xəstəlikləri (askarid, bizquyruq, tük baş qurd və s.) zamanı ürəkbulanması, qarında ağrılar tez-tez narahat edir.

- Vestibulyar apparatı ilə (bədənin müvazinətini nizama salır) bağlı olan problemlər də ürəkbulanmasına səbəb olur. Bu orqan daxili qulaqda yerləşir.
Ürəkbulanması başgicəllənməsi ilə birlikdə qəfildən əmələ gəlir (misal üçün, insan tez ayağa qalxdıqda). Bundan əlavə insanda qulaqlarda küy, müvazinətin pozulması kimi simptomlar inkişaf edir.

- Hipertoniya zamanı ürəkbulanması insanı gün ərzində vaxtaşırı olaraq narahat edir (xüsusilə səhərlər). Baş ağrısı, başgicəllənməsi tez-tez olur.

- Ürək çatışmazlığı, miokard infarktı ürəkbulanması ilə müşahidə oluna bilər. Ürəkbulanması daimi olur, bəzən qusma olur. Qarının yuxarı hissəsində döş sümüyü altında ağrı əmələ gəlir və getdikcə güclənir. İnsanda qıçqırma əmələ gələ bilər, dəri avazıyır.

- Hipotireoz (qalxanvari vəzi fəaliyyətinin azalması) zamanı insanı tez-tez yüngül ürəkbulanması narahat edir. İnsan az yeyir, lakin kökəlir, özünü daim yorğun hiss edir, daim üşüyür.

- Böyrək iltihabı zamanı da ürəkbulanması ola bilər. Digər simptomlar: bel nahiyəsində ağrılar, üşümə, hərarətin artması, sidik ifrazı prosesinin pozulması.

- Hamiləliyin əvvəlində ürəkbulanması və qusma qadınların əksər hissəsini narahat edir. Buna "toksikoz" deyilir. Adətən bu hallar hamiləliyin 12-13-cü həftələrinə kimi davam edir. Menstruasiyadan əvvəl də bir çox qadınları ürəkbulanması narahat edir. Bu hormonal fonun dəyişilməsi ilə bağlıdır.

- Ürəkbulanması və qusma baş beyini şişi, hematoması, baş beyində qan dövranın pozulmaları, beyin silkələnməsi zamanı ola bilər. Baş beyini şişi zamanı ürəkbulanması əksər hallarda səhər müşahidə olunur, başgicəllənməsi ilə müşayiət olunur.

- Miqren (güclü baş ağrısı) tutmaları ürəkbulanması və qusma ilə müşayiət olunur.

- Bəzi dərman preparatların qəbulu (antibakterial preparatlar, dəmir preparatları, bəzi iltihabəleyhinə preparatlar və s.) da ürəkbulanmasına səbəb olur. Kimyəvi terapiya keçən xəstələr də ürəkbulanması və qusmadan əziyyət çəkir.

- Boyun əzələlərinin həddən artıq gərginləşməsi (misal üçün, kompüterdə uzun müddət ərzində işlədikdə) ürəkbulanmasına və başgicəllənməsinə səbəb ola bilər.

- Boyun osteoxondrozu zamanı da insanı ürəkbulanması narahat edir.
Əgər ürəkbulanması sizdə tez-tez təkrar olunursa, mütləq həkimə müraciət edin. Bəzən ürəkbulanması çox təhlükəli xəstəliklərin əlaməti ola bilər.

loading...
(səs: 3)
Şərhlər: 14
Baxılıb: 4006
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Ayten666
Vayvay her yemekden sonra ureyim bulanir pesman oluram yediyime yemeyendr ozumu rahat yaxsi hiss edirem offf

Vayvay her yemekden sonra ureyim bulanir pesman oluram yediyime yemeyendr ozumu rahat yaxsi hiss edirem offf
5 may 2015 19:54
14
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Offline
Nergizz
en qorxdugum urekbulanma ile xestelenmekdi,urekbulanma gelende olmek istyrem,bir anliq ele bilrem dunya gozumde hecnedi,twk xebere gore
29 mart 2015 00:25
13
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Offline
Catwoman666
cox sukur ki urek bulanma kimi meni narahat eden xestelikler yoxdu
28 mart 2015 22:53
12
Viking
Offline
vipbetul
soyuqdeymeyle hamilelik zamani olduqunu bilirdim,deme tehlikeliymisde
28 mart 2015 21:50
11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Luna-90
Gecikmem olanda olur urekbulanmam
28 mart 2015 18:21
10
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
Qlamurr
Səhər yemək yemiyəndə,ürəkbulanmam olur, birdə təziqim düşəndə.
28 mart 2015 16:28
9
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
lelos
mendede tez tez olur
28 mart 2015 15:03
8
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
Nezka
ürəkbulanmam olmur
28 mart 2015 14:28
7
İçimi görsən mənə aptek alarsan.
Offline
qanadli melek
Baw agrisinan oldugunu bilirdim mamada hemise bele olur
28 mart 2015 13:55
6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
BARBI
Mende bezen basagrisi olanda ureyim bulanir ve basgicellenmesi olur
28 mart 2015 13:51
5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
aliceWOnDer
Urək bulanma mendə olmur ...amma miqren var mendə
28 mart 2015 13:14
4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
tatyana
miqren ve pankreatitde cox olur,men ozumden bilirem
28 mart 2015 13:07
3
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
Menim balam
Arada mende de olur, ama tez tez olmur. Neçe günden bir olur.
28 mart 2015 13:01
2
Offline
Fialka
Ürək bulanmanın nə qədər səbəbi varmış, hərdən məndə də olur o da gündüz vaxtı yatanda ona görə gündüzlər yatmıram.
28 mart 2015 12:38
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv