Çox yatmağın yarada biləcəyi 7 problem

Müəllif: emis
Şərhlər: 11
Baxılıb: 4 873
Səs ver:
(səs: 3)
Az yatmağın insan orqanizminə zərərli olduğunu bilirik. Bununla yanaşı çox yatmaq da insanın səhhətində bəzi problemlər yarada bilir.

1. Depressiya riskini artırır. Əkizlər arasında 2014-cü ildə aparılmış bir araşdırmada 9 saatdan çox yatanların depressiyaya düşmə ehtimalının 49 faiz çox olduğu bəlli olub.

2. İntellekti zəiflədə bilər. Çox və az yatmaq beynin funksiyalarına təsir edir, onu yaşlandırır.

3. Hamilə qalmağı çətinləşdirə bilər. Koreyada 2013-cü ildə aparılmış bir araşdırmada çox yatan qadınlarda hamilə qalmağın çətinliyi sübut olunub.

4. Şəkər xəstəliyinə tutulma riskini artırır. Bədəndə qlükoza tarazlığının pozulmasına gətirib çıxarır.

5. Kökəlməyə səbəb ola bilər. 9 saatdan artıq yatan adamlarda kökəlmə riski 25 faiz çoxdur.

6. Ürəyə zərər verə bilər. Amerika Kardiologiya İnstitutunda aparılan araşdırma çox yatanlarda ürək problemlərinin artdığını göstərib.

7. Qəfil ölümlə nəticələnə bilər. Aparılmış müxtəlif araşdırmaların nəticələrinə görə 8 saatdan çox yatan adamlarda qəfil ölüm riski 1.3 dəfə çoxdur.
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 4 873
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri