Qulaq iltihabının təbii müalicə üsulu

Müəllif: Menim balam
Şərhlər: 8
Baxılıb: 9 405
Səs ver:
(səs: 4)
Qulağın müəyyən şöbəsinin iltihabi prosesi otit adlanır. Qulaq üç hissədən ibarətdir: xarici, orta və daxili qulaq. Xarici qulaq əsasən dəri ilə örtüldüyündən, dəriyə xas olan iltihabi proseslərə (sızanaq, furunkul və s.) burada da rast gəlmək mümkündür.
 
Qulağa birbaşa aid olan xəstəliklər daxili və orta otitlərdir. Daxili otitlərə az rast gəlinsə də, bu çox təhlükəli xəstəlikdir. Xəstəlik əsasən öz-özünə əmələ gəlmir, daha çox orta otitin və ümumi infeksion xəstəliklərin ağırlaşması hesab olunur. Çox zaman bir və ya hər iki qulaqda ifrazatın olması və ağrı məhz orta otitlə bağlı olur. Orta otitlər daha çox yayıldığına görə, "otit" termini işlənərkən də əksərən orta qulağın iltihabı nəzərdə tutulur.
 
Qulaq iltihabının əlamətləri bəzi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Bu məsələdə doğru diaqnoz və erkən müalicə əhəmiyyətlidir. Əlamətlərin bir gündən çox çəkməsi şiddətli qulaq ağrısına səbəb olar. Qulaq ağrısı və ya qulaq axıntısı olan zaman dərhal həkimə müraciət etmək vacibdir.
 
Xəstələrin şikayətləri qulaqda və qulaq ətrafına yayılan ağrılar, qulağın tutulması, eşitmənin zəifləməsi, küy, temperatur və bəzən qulaq pərdəsinin deşilməsi ilə müşahidə olunan ifrazatın və irinin gəlməsindən olur. Lakin xəstədə bu göstərilən şikayətlərin hamısı eyni zamanda müşahidə olunmaya da bilər.
 
Uşaqlarda da geniş şəkildə müşahidə olunan simptomlara aşağıdakılar daxildir:
 
Yatarkən ortaya çıxan qulaq ağrısı
Qulaqda çəkilmə hissi
Yatmaqda çətinlik
Normaldan daha çox ağlama
Normaldan daha çox əsəb;
Duymaqda və səslərə reaksiya göstərməkdə çətinlik
Tarazlıq itkisi
Baş ağrısı
Qızdırma 38 dərəcə və yuxarı
Qulaqda axıntı
İştahsızlıq
Qusma
 
Qulaq iltihabında antiseptik məhlullar, antibiotik damcılar, ağrıkəsicilər və iltihab əleyhinə hormonlar istifadə olunur, qulağı isti saxlamaq və burun tənəffüsünü yaxşılaşdırmaq üçün tədbirlər həyata keçirilir. Ümumi şəkildə isə antibakterial terapiya, sulfanilamid preparatları və immunitetin yüksəlməsinə kömək edən vasitələrdən istifadə olunur.
 
Qulaq ağrısının təbii üsullarla müalicəsi
 
Sarımsaq: Soyuqdəymə nəticəsində baş verən qulaq ağrısını kəsmək üçün sarımsaq şirəsini zeytun yağı ilə qaynadıb ilıq halda qulağa damcılatmaq faydalıdır. Sarımsaq şirəsinin badam və çobanyastığı yağı ilə qaynadılmış qarışığı da buna yaxşı təsir edir.
 
Nar: Turş nar dənələrini əzib şirəsini qaynatdıqdan sonra, onu eyni miqdarda bal ilə qarışdırıb qulağa damcıladırlar. Şirin nar dənələrini şərabda qaynadıb, əzib sonra qulağa məlhəm şəkildə qoyanda təsiri yaxşı olur.
Yumurta: Yumurta sarısını qulağa damcıladanda ağrı sakitləşir. İltihablı ağrıları kəsmək üçün yumurtanın ağını və sarısını gül yağı ilə qarışdırıb, təpitmə kimi qulağa çəkmək çox xeyirlidir.
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 9 405
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri