Tualet yoxsa mobil telefon. Hansında mikrob daha çoxdur?

Müəllif: Miss_Oxatan
Şərhlər: 11
Baxılıb: 4 600
Səs ver:
(səs: 5)
Yəqin ki, başlığı oxuyub təəcüblənəcəksiniz. Yazını sona qədər oxusanız təəcübünüz bir az da artacaq. Bəlkə heç ağlınıza gəlməyib ki, hər dəqiqə ünsiyyətdə olduğunuz, həyatınızı onsuz təsəvvür etmədiyiniz telefonda mikrobların sayı tualetdə olan mikrobların sayından qat-qat çoxdur.

Mütəxəssislərin tədqiqatları nəticəsində məlum olub ki, mobil telefonların üz səthində olan mikrobların sayı ayaqyolunda istifadə olunan unitazların oturacaqlarında olan mikrobların sayından 5 dəfə çoxdur.

Məlum məsələdir ki, tualetlər hər istifadədən sonra yuyulur, müntəzəm olaraq dezinfeksiya aparılır və bununla da xəstəlik törədən mikroorqanizmləri sağlam orqanizmə yoluxduran infeksiya mənbəyi məhv edilir.

Bəs telefonlarda necə? Ən yaxşı halda telefonun üz səthini yalnız barmaq ləkələrindən təmizləmək naminə quru dəsmaldan istifadə olunur. Beləliklə də, telefonun korpusunda mikroblar üçün həmişə münbit şərait hökm sürür.

Belə ki, araşdırmalar zamanı telefonun səthində herpes, kandidoz, ekzema və digər xoşagəlməz xəstəliklərin fəal "yaradıcıları" aşkar edilib.

Hətta insanların sevimli əşyası olan mobil telefonlarda qızılı stafilokokk bakteriyası da aşkarlanıb. Qızılı stafilakokk orqanizmdə gizlənərək əlverişli şəraiti - immun sisteminin zəifləməsini gözləyir. Bu zaman o həyat üçün təhlükəli ağciyər sətəlcəmi, endokardit, toksiki şok sindromu və sepsis kimi hallara səbəb ola bilir. Xüsusən də bu bakteriyalar antibiotiklərə qarşı güclü müqavimət əldə etdikdən sonra daha təhlükəli olurlar.

Mobil telefonlarda yaşayan çoxsaylı mikrob və bakteriyalarla bağlı mütəxəssislər qeyd ediblər ki, insan telefonla o qədər sıx ünsiyyətdədir ki, həmin mikroorqanizmlər demək olar ki, elə insanın dərisində yaşayırlar.

Telefonlarda mikroorqanizmlərin inkişafının qarşısını almaq üçün mütəxəssislər məsləhət görürlər ki, ən azı həftədə bir neçə dəfə, daha yaxşı olar ki, hər gün telefonlar xüsusi salfetlərlə, dezinfeksiya vasitələri təmizlənməlidir. Əgər siz də, sevimli telefonunuzdan sevdiklərinizin səsini sağlam ruhla eşitmək istəyirsinizsə, vaxtlı-vaxtında profilaktik tədbirlər həyata keçirməklə özünüzü bu mikrob mənbəyindən sığortalayın.
(səs: 5)
Şərhlər: 11
Baxılıb: 4 600
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri