Onkoloji xəstələr çoxalıb

Müəllif: Qlamurr
Şərhlər: 7
Baxılıb: 3 157
Səs ver:
(səs: 0)
Azad Kərimli: "Bu xəstəlik 3-5 faiz halda irsi meylliliyə malikdir"

Son 5 ildə Azərbaycanda onkoloji xəstələr 35 faizdən artıq çoxalıb. Bunu  Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli deyib.

Onun sözlərinə görə, 2014-cü ilin sonuna olan məlumata əsasən Azərbaycanda onkoloji xəstələrin sayı artaraq 37932 nəfərə çatıb. Kərimli billirib ki, 2013-cü ildə ölkədə 34681 nəfər, 2012-ci ildə 31954, 2011-ci ildə 28685 nəfər, 2010-cu ildə isə 28052 nəfər onkoloji xəstə qeydiyyatda olub.

2014-cü ildə Azərbaycanda 9556 nəfər onkoloji xəstə kimi qeydiyyata götürülüb. Onların 9543 nəfərinə həyatında ilk dəfə onkoloji diaqnoz qoyulub. Xəstələrin 1976-da bu xəstəlik profilaktik baxış zamanı aşkarlanıb. Xəstəlik onkoloji xəstələrin 4256-da xəstəliyin I və II mərhələsində, 3075-də III mərhələsində, 2212-də IV mərhələdə aşkarlanıb.

Hazırda ölkədəki onkoloji xəstələrin 13582 nəfəri 5 və 5 ildən yuxarı müddətdə bu diaqnozla yaşayanlardır. Bütün dünyada olduğu kimi, Azərbaycanda ən çox təsadüf olunan onkoloji xəstəlik traxiya-bronx-ağciyər xərçəngidir. Bu xəstəliyə ən çox kişilərdə rast gəlinir. Ötən il 1189 nəfər bu xəstəlik diaqnozu ilə qeydiyyata götürülüb. Ümumilikdə Azərbaycanda 1889 nəfər traxiya-bronx-ağciyər xərcəngi diaqnozu ilə qeydiyyatdadır.

Baş onkoloq bildirib ki, qadınlarda daha çox süd vəzisi xərcənginə təsadüf olunur. 2014-cü ildə 1563 xəstəyə süd vəzisi xərçəngi diaqnozu qoyulub. Ümumilikdə hazırda Azərbaycanda 9712 nəfərdə süd vəzisi xərcəngi xəstəliyi var. Onlardan 4304 nəfəri 5 və 5 ildən yuxarı müddətdə bu diaqnozla yaşayanlardır.

Onun sözlərinə görə, ölkədə onkoloji xəstələrin sayı artsa da, bu artım bir çox ölkələrlə müqayisədə xeyli aşağıdır.

Onkoloji xəstəliklərin irsi ötürülmə göstəricilərinə gəlincə, A.Kərimli qeyd edib ki, bu xəstəlik 3-5 faiz halda irsi meylliliyə malikdir.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 157
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri