Xora xəstəliyinin simptomları

Müəllif: Antikvar
Şərhlər: 5
Baxılıb: 5 469
Səs ver:
(səs: 3)
Hal hazırda mədə və on iki barmaq bağırsağı xoraları çox yayılmış patologiya sayılır.

Bu xəstəlik zamanı mədə və ya (və) on iki barmaq bağırsağı divarında yaralar (xoralar) əmələ gəlir.

Xəstəliyin əsas simptomu davamlı ağrılardır. Xəstə onları uzun müddət ərzində (hətta bir neçə ay ərzində) hiss edə bilər. Ağrı döş sümüyü ilə qöbək arasında olan nahiyədə hiss olunur. Ağrılar xəstənin dözümündən və xoranın dərinliyindən asılı olaraq müxtəlif intensivliyində olur. Ağrı sızıldayan xarakter daşıyır və qida qəbulu ilə bağlı olur. Belə ki, mədə xorası zamanı ağrılar qida qəbulundan sonra əmələ gəlir, acqarına isə ağrılar sakitləşir. On iki barmaq bağırsağı xorası zamanı isə ağrılar əksinə acqarına və gecə saatlarında əmələ gəlir və qida qəbulundan sonra azalır və ya keçir, 2-3 saatdan sonra isə yenidən əmələ gəlir.

Mədə xorası zamanı ağrılarla yanaşı xəstədə qıcqırma, qusma kimi simptomlar ola bilər. Qusmadan sonra xəstənin vəziyyəti yüngülləşir.

Xora xəstəliyi olan insanlar adətən əsəbi, gərgin olur.

On iki barmaq bağırsağı xorası zamanı südün və ya hər hansı duru qidanın (sıyıq, kisel və s.) qəbulu ağrını çox tez aradan qaldırır. Bir çox xəstələrdə sodanın qəbulu ağrıları yox edir. Buna "soda sınağı" deyilir. Bıçağın ucunda soda götürülür, 1/2 stəkan qaynanmış suda həll olunur və xəstəyə verilir. Əgər bundan sonra ağrılar yox olursa, bu o deməkdir ki, bu xəstədə, çox güman ki, məhz xora xəstəliyi var.

Bir çox hallarda xora xəstəliyi yaz və payız aylarında kəskinləşir. Kəskinləşməyə bu kimi amillər təkan verə bilər: bir gün əvvəl duzlu, acı, qızarmış, çox yağlı qidaların qəbulu, havanın kəskin dəyişilməsi, stress, güclü emosiyalar (hətta yaxşı emosialar) və s.

Bəzi dərmanların (prednizalon və onun analoqları, ağrısızlaşdıran preparatlar, aspirin və s.) uzun müddət ərzində qəbulu ağrıların əmələ gəlməsinə təkan verə bilər.

Çox nadir hallarda olsa da xora xəstəliyi simptomsuz da keçə bilər.

Xora xəstəliyi mütləq müalicə olunmalıdır. Əks halda xəstəlik çox ciddi ağırlaşmalar verə bilər: xora yerində mədənin divarı deşilə bilər, qanaxma inkişaf edə bilər.

Ən təhlükəli ağrılaşma isə xərçəng xəstəliyidir.

Xora xəstəliyinin xərçəngə çevrilməsini bu kimi simptomlardan şübhələnmək olur:

- ağrıların qida qəbulu ilə əlaqəsinin pozulması,

- qidaya (xüsusilə ət qidalarına) nifrət hissin yaranması,

- səbəbsiz halsızlıq,

- hərarətin səbəbsiz olaraq cüzi yüksəlməsi və s.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 5 469
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri