İlk yardım göstərdikdə bu səhvlərə yol verməyin!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 426
Səs ver:
(səs: 3)
Hər bir insan üçün ilk tibbi yardım göstərilməsinin əsas qaydalarını bilmək çox vacibdir.

Həkimlər gələnə qədər düzgün göstərilmiş ilk tibbi yardım bir çox hallarda zərərçəkənin  sağlamlığını və hətta həyatını xilas etməyə kömək edir. Lakin bəzən kömək etmək istəyən insanlar yalnış hərəkətləri ilə zərər çəkmiş insana ziyan vura bilər.

Bu səhvlərə yol verməyin:

1. Yol qəzası zamanı ilk növbədə "təcili tibbi yardım" çağırın, avtomobilin akkumulyatorunu söndürün. Əgər zərər çəkmiş insanda qanaxma varsa, onu dayandırmağa çalışın, onunla danışın. Zərərçəkəni avtomobildən çıxartmaq, dartmaq olmaz. Bununla siz bir çox hallarda nəinki kömək edə bilməyəcəksiniz, əksinə insana zərər verə bilərsiniz.

2. Əgər bayılma, epilepsiya tutması və s. zamanı insanın dili nəfəs yolunu tutarsa, dili zorla çıxartmaq, dartmaq, tutmaq olmaz. İnsanı sadəcə böyürü üstə qoyun və nəfəs yolu açılacaq.

3. Yanıq zamanı yanmış sahəni ilk növbədə soyuq suyun altında 15 dəqiqə ərzində saxlamaq lazımdır ki, istilik daha dərin getməsin. Yalnız bundan sonra yanmış sahəyə xüsusi krem (məsələn, "pantenol", "spasatel" və s.) çəkmək olar.

4. Əgər insanın hərarəti yüksəkdirsə, onu isti bürümək olmaz. Bu hərarətin daha da artmasına səbəb olacaq. Əksinə belə şərait yaratmaq lazımdır ki, artıq istilik ətraf mühitə çıxsın - ilıq vanna, açıq nəfəslik, yüngül paltar və yüngül ədyal.

5. Zəhərlənmə zamanı mədənin yuyulması tətbiq olunur. Bu halda 3-5 stəkan adi ilıq su istifadə edin. Marqan ("marqansovka") məhlulu bunun üçün istifadə etməyin. Marqan suda pis həll olunduqda onun kristalları mədəyə düşə bilər ki, nəticədə mədənin selikli qişasına ciddi ziyan dəyə bilər.

İnsan benzinlə, turşu və ya qələvi ilə zəhərlənmiş olarsa, heç bir halda qusma refleksi yaratmaq olmaz! Yenidən yemək borusuna qaytarılmış qusuntu kütlələri onu təkrarən yandıra bilərlər!

1 yaşına qədər olan uşaqlarda isə ümumiyyətlə, heç bir halda qusma refleksi yaratmaq olmaz – bu zaman onlar boğula bilərlər!

6. İnsanın boğazında qida qalıbsa, onun belinə vurmayın. İnsan 3-4 dəfə dərin nəfəs almalı və 3-4 dəfə tez nəfəs verməlidir - ilişmiş tikə özü-özündən düşəcək.

7. Açıq yaralara spirt, "zelyonka", yod və s. vasitələri sürtmək olmaz. Yaranı 3%-li hidrogen peroksid məhlulu ilə yumaq (olmadıqda qaynanmış və ya təmiz içməli su ilə), sonra isə ətrafına yod və ya "zelyonka” çəkərək yaraya təzyiqedici (sıxıcı) sarıq qoymaq lazımdır.

8. Ürək tutması zamanı insanın belini ovxalamaq, insanı tərpətmək və s. olmaz. Xəstəni  uzandırın, dilin altına nitroqliserin həbi qoyun, çeynəmək üçün aspirin verin və dərhal "təcili yardım" çağırın. Təcili yardım çağırdıqda vurğulayın ki, bu ürək tutmasıdır.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 3 426
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri