Tübaj orqanizmi təmizləyir

Müəllif: Qlamurr
Şərhlər: 8
Baxılıb: 4 063
Səs ver:
(səs: 1)
Tübaj (öd kisəsinin yuyulması) çox effektli və xeyirli müalicəvi və profilaktik üsuldur.

Tübaj həzmi yaxşılaşdırır, öd kisəsində olan durğunluqla mübarizə aparır. Ən əsası isə odur ki, tübaj öd daşlarının əmələ gəlməsinin qarşısını alır.

Tübaj aşağıdakı xəstəliklər və hallar zamanı çox yaxşı nəticə verir:

- xroniki qəbizlik (həddən artıq dolmuş bağırsaq ödün durğunluğuna gətirib çıxarır);

- öd kisəsi hipokineziyası (öd kisəsinin hərəkətliliyinin azalması),

- doğuşdan sonra. Məsələ bundadır ki, hamiləlik zamanı öd kisəsində sıxılma və hamiləlik hormonlarının təsiri nəticəsində durğunluq yaranır və bu da daşların əmələ gəlməsinə səbəb ola bilər.

- öd kisəsi cərrahi yolla xaric olunduqda. Bu zaman öd müntəzəm olaraq xaric olunmalıdır ki, daşlar öd axarlarında əmələ gəlməsin.

- piylənmə və həddən artıq qida qəbul olunduqdan sonra.

Tübajı ev şəraitində etdirmək olar. Lakin yaxşı effekt almaq üçün tübajın necə həyata keçirilməsini, tübaja olan əks göstərişlərini və s. bilmək lazımdır.

İlk növbədə nəzərinizə çatdıraq ki, tübajı etməyə qərar verən insan əmin olmalıdır ki, onun öd kisəsində daşlar yoxdur. Əks halda hətta çox kiçik "lal" daş (ağrı verməyən) tübajın təsiri nəticəsində öz yerini dəyişib öd axarını qapaya bilər. Nəticədə isə təcili cərrahi əməliyyata ehtiyac yaranacaq. Beləliklə, tübajdan əvvəl insan mütləq USM-dən keçməli və həkimlə məsləhətləşməlidir. Kəskin xolesistit, mədə və onikibarmaq bağırsaqları xora xəstəliyi də tübaj üçün əks göstəriş sayılır.

Əgər sizdə yuxarıda sadalanan xəstəliklər yoxdursa tübajdan istifadə edə bilərsiniz. Tübaj bu qayda ilə həyata keçirilir.

1. Axşamdan 500 ml mineral su (Borjomi, Narzan, Smirnovskaya) hazırlayın. Suyu açıq qaba töküb səhərə kimi saxlayın ki, qazlar çıxsın.

2. Tübajı sübh tezdən acqarına etmək lazımdır.

3. Mineral suyu 40-45 C qədər qızdırın.

4. 2-3 qurtum ilıq su içib bel və ya sağ böyür üstə 3-5 dəqiqə ərzində uzanın. Sağ böyürün qabırqaaltı nahiyyəsinə isti su ilə "qrelka" (rezin qovuq) qoyun. "Qrelkanı" dəsmala bükün ki, dərinizdə yanıq əmələ gəlməsin. Sonra ayağa qalxın və ya oturun, yenə 2-3 qurtum su için və uzanın.

Bu qayda ilə təxminən 30 dəqiqə ərzində 0,5 l su için və yenə 15-20 dəqiqə ərzində uzanın.

Tübaj nəticəsində ödün qatılığı azalır, öd kisəsinin hərəkətliliyi artır. Hətta ilk tübajdan sonra ağızda acılıq, gəyirmə, sağ qabırğaaltı nahiyyədə ağırlıq hissi keçir və insan özünü daha yaxşı hiss etməyə başlayır.

10 gündən sonra tübaj təkrar olunmalıdır. İkinci dəfə tübaj zamanı mineral suya həkimin məsləhəti ilə ödqovucu vasitələrdən birini əlavə etmək olar.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 4 063
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri